SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədəki özbaşınalıqdan Prezidentə şikayət OLUNDU

Gəncədəki özbaşınalıqdan Prezidentə şikayət OLUNDU

Tarix:

5-04-2021, 08:56

/ 457 dəfə oxundu.
Gəncədəki özbaşınalıqdan Prezidentə şikayət OLUNDU

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Çox hörmətli prezident biz mən və Valeh müəllim dövlətə və dövlətçiliyə xidmət edən Respublikanın Əməkdar müəllimləri fəxri adını daşıyan içtimai xadimlər artıq 11-ci müraciətdir ki sizə edirik.Bundan əvvəl 10 müraciətin heç birinə sizdən cavab almamışıq.Çünki müraciətləri sizdən gizlədib və sizə vermirlər.Ona görə biz ilk növbədə Süleyman İsmayılovun və Emin Əmrullayevin mövqeyini başa düşə bilmirik.Nədir biz xalq düşməniyik.Biz əslində elə Emin Əmrullayevin müəllimləriyik.Əgər Emin Əmrulkayev öz Əməkdar müəllimlərini qəbul etmirsə onları dinləmirsə onların dərd sərinə şərik çıxmırsa onların şikayətinə baxmırsa o nə təhsil naziridir.Nazirliyin şöbə müdiri Eşqi Bağırov və Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyev elə bil düşünülmüş formada bizim qəstimizə durubdur.Buda təbiidir.Biz dövlətə dövlətçiliyə xidmət edirik,Anar Qədiməliyev kimləri sorosyn tərbiyəsini alıb, və məntiqlədə görünür sorosa xidmət eləyir.Bu işdə ,Eşqi Bağırovla birgə əlbir olub bizi 65 yaşında işdən çıxatdılar.Qeyd edirik ki, təhsil bizə lazım deyil biz təhsilə lazımıq.İndi Eşqi Bağırov kimə və hara işləyir o bizə məlumdur.Maraqlıdır ki,biz çıxmışıq.Respublikada 75-85 məktəb direktorlarını və Gəncədə Bizdən əlavə məktəb direktorlarını nə adla saxlayıb.
Bunun cavabını vermək əvəzinə bizə şablon yerində olmayan cavablar yazır.Elə bil ki uşaq başı aldadır.Eşqi Bağırov bu cavablarla ya bizi axmaq yerinə qoyur, yada özü normal adam deyil.Bu adam elə bil ki,biz pul verməmişik və tapşırılmamışıq deyə Anarla birgə bizdən hayf çıxır.Emin Əmrullayev isə bu adamdan ya qorxur çəkinir yada buna varlığı qədər inanır.Çünki 3-aydır hələ nazir kimi qətiyyətli sözünü deyə bilmir.Cənab prezident bu adamlar öz hərəkətləriylə bir daha sübut edir ki,onlar bizim yox şəxsən sizin düşmənlərinizdir.Amma bilməlidirlər ki,bizi heç vaxt haqq yolundan döndərəməzlər.Əgər vicdanları varsa bizim hər ikimizi işimizə qaytarmalıdırlar və yaxud 65-yaşdan yuxarı hamını işdən çıxartmalıdırlar.Onda deyərik ki,əsl Ədalət qalib gəldi.Sizdən müsbət cavab gözləyirik sağolun.

Hörmətlə İlham Həsənov
Valeh Hüseynov.
Əlaqə nömrələri 050-333-40-27
050-678-12-00

Şərhlər

XƏBƏR LENTİ