SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdaş Hərbi komissarlığı xəstə gənci orduya yollayır- ŞİKAYƏT

Ağdaş Hərbi komissarlığı xəstə gənci orduya yollayır- ŞİKAYƏT

Tarix:

3-04-2021, 12:38

/ 644 dəfə oxundu.
Ağdaş Hərbi komissarlığı xəstə gənci orduya yollayır- ŞİKAYƏT

Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də orduda əsgər ölümlərinin artması ilə bağlıdır. Xüsusilə sağlamlığında problem olan çağırışçıların hərbi xidmətə cəlb edilməsi hallarının davam etməsi narazılıq doğurur. Burada isə daha çox Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdeh sayılır.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir.Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir.
Axı biz həmişə Erməni ordusunu lağ-lağıya qoyuruq ki, əsgərləri çatışmır. Hətta zəif və xəstə gəncləri xidmətə çağırırlar.
İndi onların səhvinimi təkrarlayaq?
Reportaj.tv-yə müraciət edən Vüsal Mustafayev bildirir ki, oğlu Mustafayev Nəriman Vüsal oğlu xidmətə çağırılıb. Hərbi xidmətə çağırıldığı Ağdaş Hərbi Komissarlığı onun tibbi müayinədən keçməyinə imkan vermir. Halbuki gəncin səhhətində ciddi problemlər var. Nərimanın revmatizması, ürək çatışmazlığı, sinəsində çəkməçi boşluqlar var. Durduğu yerdə güclü ürək döyüntüləri olur.
Həkim komissiyasının sədri Gündüz İsayev və hərbi komissar Qulu müəllim bunu bilə-bilə yenə gənci hərbi xidmətə yollamaq fikrindədirlər.
Orda başına iş gəlsə kim məsuliyyət daşıyacaq?
Mövzuya qayıdacağıq.

Şərhlər

XƏBƏR LENTİ