SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Siyəzəndə gizli şəkildə keçirilən nişan mərasiminin qarşısı alınıb

Siyəzəndə gizli şəkildə keçirilən nişan mərasiminin qarşısı alınıb

Tarix:

20-03-2021, 11:43

/ 663 dəfə oxundu.
Siyəzəndə gizli şəkildə keçirilən nişan mərasiminin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birində gizli şəkildə nişan mərasiminin keçirildiyini aşkar ediblər.
Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclis iştirakçılarından 6 nəfərə İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub, qadınlar və azyaşlılarla isə profilaktiki söhbətlər aparılaraq karantin rejimi qaydalarına riayət etmələri barədə məlumat verilib.
Siyəzəndə gizli şəkildə keçirilən nişan mərasiminin qarşısı alınıb

Şərhlər

XƏBƏR LENTİ