Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vaksin vurdurdu
Ölkəmizin bütün regionlarında olduğu kimi Füzulidə də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması uğurla həyata keçirilir. Martın 18-də Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Mərkəzi rayon Xəstəxanasına gələrək vaksinasiya prosesinin gedişi ilə maraqlanıb, burada yaradılmış şəraitlə tanış olub. Peyvənd olunan vətəndaşlara vaksinasiyanın vacibliyi və bu sahədə dövlətin gördüyü işlərlə bağlı ətraflı məlumat verib. Sonra İcra başçısı xəstəxanada tibb işçilərinin nəzarəti altında COVID-19 pandemiyası əleyhinə ikinci doza peyvənd olunub. 


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...