SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsuda ÖZBAŞINALIQ davam edir... - GİLEY

Ağsuda ÖZBAŞINALIQ davam edir... - GİLEY

Tarix:

19-03-2021, 09:52

/ 740 dəfə oxundu.
Ağsuda ÖZBAŞINALIQ davam edir... - GİLEY

Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan 1-ci Qarabağ müharibəsi veteranı, 18 il DİO-da çalışmış Hacıyev Alov Ağasan oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bir daha xatırlatmaq istəyirəm ki, Mən, Alov Hacıyev Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və Vətənin müdafiəsi üçün qardaşlarımla birlikdə Ağsu rayonun Hərbi Komissarlığından könüllü olaraq döyüşlərdə iştirak etmişk. 2019-ci ilin fvralın 5-də baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub daxilə tökülmüş, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Məsələn, mənim atamın hazırki analığımız Hacıyeva Gülsənəminindi yaşadığı evi 1946-cı ildə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsüilə tikilmişdir .Ona görə evimizin dörd tərəfindən çatlar əmələ gəlmiş və yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Eləcə də qardaşım Hacıyev Asəfin evinin zirzəmisində kürsü daşları uçaraq daxilə tökülmüşdür, sanki ev havada qalmışdır. Divarda çoxsaylı çatlar əmələ gəlmişdir. Digər qonşularım Şükürov Ağasəlimin, Əsədov Yalçının, Salamov Yasirin, Mustafayev Rəşid Ərzuman oğlunun yaşadıqları evlər də yararsız hala düşmüşlər. Evləri qəzalı vəziyyətdə olan sakinlər indi də arvad uşaqlarla birlikdə qorxa qorxa yaşayırlar. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər edilsə də 2 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdur. Elə bilki, belə kənd sakinləri yox imiş. Çox şikayətlərdən sonra yerli icra nümayəndəsi Cavid Qədirov cavab verir ki, siyahıda adınız 38-ci dir. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır. Amma eyni zamanda görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, Ağsu rayon İcra Hakimiyyəti Aparatının hüquqşünası olmuş Tofiq Kərimovla məsləhətləşmələrilə cənab Prezidentin 1-ci dəfə ayırdığı 2 milyon manat vəsaitdən əvvəlcə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdirdilər. İcra nümayəndəsi C. Qədirov özünə məxsus evi tam və əsaslı təmir etdirməklə yanaşı, yaxın adamlarının – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb əsaslı təmir etdirdi. Hətta iş o yerə çatdı ki, Cavidin yaxın dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli yeni talvar da tikdirib təhvil verməyi unutmadı. Bizi kimi kasıblar da qaldıq bir tərəfdə. 1 il əvvəl biz sakinlərin verdikləri şikayətlərə cavab olaraq FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsi rəisi Nazim Rüstəmovun 16 yanvar 2020-ci il tarixli cavab məktubunda qeyd edilir: “FHN-nin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti tərəfindən təqdim edilmiş siyahıya əsasən Ağsu rayonu ərazisində baş vermiş zəlzələdən ziyan dəymiş evlərin texniki vəziyyəti araşdırılmış və aktlar tərtib edilmişdir.” Yəni, FHN-nin səlahiyyətlisi bildirir ki, yerli icra orqanları bizə nə təqdim edirsə onların evəri tikilir və bərpa olunur.”

Bəs “ZƏLZƏLƏ OYUNBAZLIĞINDAN” sonra cənab Cavid Qədirovdan soruşubmu ki, zələzlədən sonra necə oldu ki, dərahal özünə 16000 manata “TUKSON” markalı avtomobil, Bakının Biləcəri qəsəbəsində 58000 manat təmirli ev ala bilirsən, 27 sentyabrda Vətən Müharibəsi başlayanda isə öz oğlunu deyil, kasıbların övladlarına təzyiq etməklə müharibəyə göndərirsən. Camaat soruşanda ki, bəs Cavidin oğlu niyə Vətəni azad etməyə getmir? Qeyd edirsiniz ki, guya 24 yaşlı oğlu xəstə imiş. O zaman belə bir xəstə oğlunuzu niyə DTX-nın Ağsu Şöbəsinə işə düzəltdirmək-soxudurmaq üçün dərdən –qabıqdan çıxırsınız?Vətənə yarsız xəstə birisinin DTX sıralarında işə qəbulu nə dərəcədə düzgündür? Camaatımıza o da məlumdur ki, Cavid Qədirovun törətdiyi korrupsiya hərəkətləri barədə yuxarı orqanlara gedən şikayətləri ört-basdır etmək və vəzifəsində qalması üçün Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini cənab Füzulinin köməkliyindən necə istifadə etmişdir. Şikayətlərə görə düşdüyü külli-miqdarda ziyanın əvəzi olaraq guya mənə yaxın adamların yazdıqları şikayətləri mən təşkil etdiyimə görə mənim adımı da siyahıdakı 38-ci sıradan dəgər yaxınlarım kimi tamamilə çıxarıb silib. Əvəzində isə Xatman kəndində yaşayan iki bacının Dürdanə və Dürrə adlı xanımların evlərini pul qarşılığında tikib təhvil verməyi söz verib. Hələlik bir bacının evi tikilib, O birisi isə gözləyir. Əgər bir ay ərzində tikilməsə şikayət edib verdiyi pulu Caviddən geri tələb edəcəkdir. Cavid Qədirovun vaxtilə haradasa adını yazdırıb qiyabi təhsillə aldığı diplom da axtadır.Araşdırmamıza görə Təhsil Nazirliyi Cavid Qədirova verilən saxta diplomu rəsmi qeydiyyata almamışdır. Bu məslənin dəqiqləşməsini Ağsu Rayon prokurorluğundan da soruşduq. Cənab Prokuror köməkçisi Rövşən müəllim dedi ki, narahat olmayın, sorğu verib öyrənəcəyəm. Budur ardan 70 gün keçib amma Rövşən müəllim nədənsə sorğunun cavabını bizdən . Bu adam danışığı, davranışı, heç ali təhsil alan birisinə bənzəmir. Öz xeyrindən başqa henə fikirləşə bilmir.

Yanvar ayında yuxarı orqanlara verdiyim 12 yanvar tarixli şikayətdən sonra Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mənimlə birlikdə fevralın 8-də Bakıdan Ağsu rayonuna gəlib mənə məxsus tam qəzalı vəziyyətdə olan evimə baxış keçirmişlər. Sonra biz birlikdə kənd icra nümayəndəliyinin qarşısından keçəndə Cavid Qədirovun oğlu Azər Qədirov mənə hücum edərək hədlədi ki, əgər mənim karyerama sənin şikayətinə görə problem yaranarsa səni öldürəcəm.Və yaxınlıqda olan kənd ağsaqqalarının yanında bu Müharibə fərarisi məni küçə söyüşlırilə təhqir etməyə başladı və dedi ki, get hra istəyirsən şikayət et, qorxmuruq. Mən FHN-nin Bakıdan gələn nümayəndələri yanında sadəcə xəcalət çəkdim. Elə oğlu qurtarmışdı ki, İcra nümayəndəsinin arvadı qonaqların yanında üstüm hücum çəkərək gəlib yaxamdan tutub silkələdi ki, özünü yığışdır, yoxsa sənə pis olar. Sən Qarabağ müharibəsi deyilsən, Vəsiqən də saxtadır. 5 kəndin icra nümayəndəsi hesab olunan Cavid Qədirov da arvad-uşağına qoşularaq yenə mənə küçə söyüşlərilə təhqir etməyə başladı ki, get hra istəyirsən çikayət et. Kənd ictimaiyyəti və FHN-nin əməkdaşları qarşısında saxta diplomlu icra nümayəndəsinin və onun tərbiyəsiz ailəsinin mən Qarabağ Müharibəsi veteranına qarşı belə alçaldıcı ifadələr işlətməsini başa düşə bilmirəm.

Budur, həmin Ağsu kənd İcra nümayəndəsi bir neçə gün əvvəl yenə mənə ismarış göndərib ki, Alov hacıyevin məndən yazdığı şikayətlərə görə bütün sənədləri toplamışam. Və gedib özümü öldürəcəm səbəkarın da alov hacıyev olduğunu bildirəcəm. Məni işləməyə qoymur.”

C.Qədirovun mənə göndərdiyi son ultimatoma görə mən də Daxli İşlər naziri cənab Viləyət Eyvazova bir Qarabağ müharibəsi veteranı kimi rəsmi müraciət edirəm ki, kəndimizin icra nümayəndəsi C.Qədirov Prezidentin zəlzələdən əziyyət çəkən ailələrə köməklik məqsədilə ayırdığı pul vəsaitinə özünə, qohum-əqrəbalarına məxsus evləri tam bərpa etmək . təmir işlərinə xərclədiyinə görə mənim şikayətim əsasında aparılan yoxlamalar zamanı külli miqdarda ziyana düşməsinə görə məni şantaj edərək qorxutmaq istəyir ki, guya intihar etmək istəyirmiş. Xəbərdar edirəm ki, C.Qədirovun intihar edəcəyi təqdirdə şəxsən mən heç bir məsuliyyət daşımıram. O törətdiyi korrupsiya faktlarına görə depresssiyya düşüb və ailəsilə birlikdə məni ölümlə hədləmişdir. Xahiş edirəm saxta diplomuilə vəzifəsində qlaması üçün çoxlu xərc çəkən Cavid Qədirovla bağlı təxirəsalınmaz tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ağsuda ÖZBAŞINALIQ davam edir... - GİLEY





Şərhlər

XƏBƏR LENTİ