Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “ABİ” otel kompleksinə daxil olan, “Məşədibad hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalırna zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilərdən ibarət 23 şəxsi Polis Şöbəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.
SPA Mərkəzində masaj xidmətləri göstərən Vüsalə Balabeyova, Türkay Cəlilova və 3 nəfər müştəri- Nağı Həsənov, Cavid Hüseynov, Samir Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə SPA mərkəzinin işçiləri 200 manat cərimə edilib, müştərilər isə 8 sutka müddətinə inzibati qaydada həbs edilib.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...