XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » "Göygöl Telekommunikasiya Qovşağı"ndan - ŞİKAYƏT

"Göygöl Telekommunikasiya Qovşağı"ndan - ŞİKAYƏT

"Göygöl Telekommunikasiya Qovşağı"ndan - ŞİKAYƏT
2-03-2021, 13:46

Salam Hörmətli redaksiya son çarə və son ümid kimi sizə yazıram. Mən əliyev Babək Ramiz oğlu yaşadığım Göygöl rayonu Mollacəlilli kəndində kütləvi telefon xətti çəkilişi aparılır. Bu dövlət lahiyəsində məndə yaşadığım ünvan və küçə lahiyə xətti Aztelekom mmc tərəfindən qeydiyyata alınıbdır. Ancaq Göygöl telekommunikasiya idarəsi mənə və mənimlə birlikdə eyni küçədə yaşayan qonşularıma telefon xətti çəkməsindən imtina edir. Küçə lahiyəsi olan telefon dirəkləri quraşdırılmır. Mövzu ilə əlaqədar Göygöl telekommunikasiya qovşağının rəhbəri Vaqif Mirzəyevə dəfələrlə müraciət etsəm də hər dəfə cavabında "Mənim sənə ayrılası telefon dirəklərim yoxdur." Səni kim bu layihəyə salıbdır? Əgər bilsəydim mən buna icazə verməzdim. Get nə bilirsən onu et. Kimə istəyirsən şikayət et. Burada mənim sözüm keçir. Sənin sənədində sənin işində mənim əlimdədir.Nə qədər ki mən buradayam imkan verməyəcəm ki sənə və sənin yaşadığın ünvana telefon xətti çəkilsin. Üzləşdiyim bu haqsızlıqla və hüquqlarınım pozulması bağlı Aztelekom mmc - nin elektron ünvanına və Suat Paşayevin​ adına dəfələrlə ərizələrlə müraciət etmişəm, və qaynar xəttlərinə 012-344-00-00, 122,170 bu nömrələrə vəziyyətlə bağlı məlumat vermişəm, və eləcədə Rabitə nazirliyin qaynar xəttinə 1655 saylı operator nömrəsinə və internet saytına və Gmail ünvanına sözü gedən problemi ərz eləsəmdə heç bir fayda verməmişdir. Vaqif Mirzəyevin yarıtmaz fəaliyyəti insanlara yuxarıdan aşağı baxması Aztelekom və Rabitə nazirliyinin bütün şikayətlərə laqeyd qalmaları burada yüzlərlə narazı kütlə yetişdirib.Bu qədər haqsızlıq bu qədər Allahsızlıq olarmı?​ Sözü gedən problemlə bağlı qanunsuzluq pik həddə çatıb. Vaqif Mirzəyev nə qanun nə də​ hüquq tanıyır!Kənd sakinlərinin səbrləri ilə oynayırlar Tam məsuliyyətlə deyirəm Vaqif Mirzəyev burada ədalətsiz və say seçmə iş aparır. Özüdə belə bir çətin vaxtda pandemiyanın hökm sürdüyü və tüğyan etdiyi zamanda bu adam hamını barmağına dolayıb. Sizdən​ hüquqlarımızın bərpasını istəyirik. İndi ümüdümüz bircə sizsiniz. Həqiqətən də bizə sizin köməyiniz lazımdır. Xaiş edirəm köməynizi bizdən əsirgəməyin.

İMZA: Əliyev Babək Ramiz oğlu
Əlaqə nömrəsi : 050-516-26-73

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.