"Hər dəfə deyirdilər ki, başçı yerində yoxdur..." - GİLEY
Gəncə şəhər sakini Xəzanə Həmidova “Gözətçi”yə göndərdiyi şikayətində bildirib ki, 2020-ci ilin 4 oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Əziz Əliyev küçəsi, dalan 2, ev 3 ünvanındakı onlara məsus fərdi yaşayış mənzilini tamamilə yararsız vəziyyətə salıb.
X.Həmidova deyib ki, hadisədən sonra onlar müvəqqəti olaraq Veteranlar Poliklinikasına yerləşdiriliblər: “Ancaq bir neçə saatdan sonra bildirdilər ki, poliklinikaya yaralı əsgərlər yerləşdiriləcək. Məcbur olub qohumlara məxsus Şahsevənlər küçəsi, ev 122 ünvanında müvəqqəti məskunlaşdıq. Ailəmiz dördü azyaşlı olmaqla, yeddi nəfərdən ibarətdir.”
O, deyir ki, bu günə kimi onların ailəsinə dövlət tərəfindən hər hansı bir köməklik göstərilməyib. Kirayə yaşamaq üçün vəsait belə verilməyib.
X. Həmidovanın kürəkəni Nicat Şirinov isə bildirib ki, dəfələrlə Gəncə şəhər İcra Hakimiyyətinə yazılı və şifahi müraciət ediblər: “İcra başçısının qəbuluna da düşmək istədik, ancaq hər dəfə deyirdilər ki, başçı yerində yoxdur. Sonra da bizi Fövqaladə Hallar Nazirliyinə göndərdilər. Fövqaladə də dedi Qərargaha müraciət edin. Qonşuluqda evlərinin sadəcə şüşələrinə ziyan dəyən ailələrə min manat verilib, yardım ediblər, ancaq bizim etdiyimiz müraciətlərin heç birinə də cavab verilməyib”.
N. Şirinovun sözlərinə görə, Gəncə şəhər İcra Hakimiyyətindən bildriblər ki, evin sənədləri Kəpəz rayonun İcra Hakimiyyətinə təhvil verilib. Orada isə Nizami rayonun İcra Hakimiyyətinə yaxınlaşmaqlarını söyləyiblər:
“Nizami rayonundan da məlumat verdilər ki, sənədlər itib. Dedilər yenidən Bakıya müraciət etməlisiniz ki, nümayəndə gəlib yoxlasın, təkrar sənədlər hazırlansın.”
Sözü gedən şikayətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətilə əlaqə saxlamaq mümkün olmadı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...