Sahibkara 400 min ziyan dəysə də, prokuror 7 aydır cinayət işi açmır - Şikayət
400 min manatlıq ticarət obyekti yanan xanım sahibkar Həcər Dibirova məhkəməyə müraciət edib. Sahibkar hadisədən 7 aydan artıq vaxt keçməsinə baxmayaraq zərərçəkmiş kimi tanınmadığını deyir.
Mubahise.az xəbər verir ki, yanğın hadisəsi 2020-ci il iyulun 13-də Balakən rayonu, Meşəşambul kəndində baş verib.
Avtoyuma sexi, avtotəmir sexi, ət satışı mağazası, tikinti materialları anbarı, taxıl məmulatları anbarı, bərbərxana, kafe, çörək bişirmə sexi, məişət avadanlıqları satışı mağazası, qonaq otağı, ofis otağı, market, tennis və bilyard oyunu otağı və anbar sahəsindən ibarət olan ticarət obyekti tamamilə yanıb.
Yanğın zamanı tikinti üzrə 106 380 manat, əmtəə üzrə isə 300 000 manat maddi ziyan müəyyən edilib.
Zərərçəkmiş H.Dibirova bildirir ki, Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi aktda yanğına elektrik xətlərində yaranmış qısaqapanmanın səbəb olduğu qeyd edilib.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...