SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Daha bir icra başçısının yol üstündə olduğu deyilir... - İDDİA

Daha bir icra başçısının yol üstündə olduğu deyilir... - İDDİA

Tarix:

25-02-2021, 13:39

/ 793 dəfə oxundu.
Daha bir icra başçısının yol üstündə olduğu deyilir... - İDDİA

Bu gün yayılan rəsmi xəbərə görə, Daşkəsən rayonunun Pirverdilər kəndinin sakini, 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumat üçün qeyd edək ki, Fərman Həsənov Vətən Müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Fərman Həsənov müharibədən yenicə qayıdıbmış.
Biz kimisə ittiham etmək fikrindən uzağıq. Ancaq rayonun rəhbərliyi var, icra hakimiyyətinin başçısı Əhəd Abıyev var, rayonun, kəndin ağsaqqaları var. Görəsən, onlar nə düşünür ?
Axı, döyüşdən qələbə ilə qayıtmış, üstəlik iki yüksək mükafat-medal almış Qarabağ qazisi niyə intihar etsin, niyə özünü assın ?
Bir daha təkrar edirik ki, bizim kimisə günahlandırmaq, ittiham etmək fikrimiz yoxdur.
Amma rayon rəhbərliyinin boynunun borcu idi ki, döyüşdən qayıdan qazi ilə maraqlansın, problemlərini dinləsin, ona dəstək olsun.
Ancaq deyəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin və ətraflındakıların başı özlərinə yaman qarışıb.
Hamısında ruslar demişkən, “çemodan əhval-ruhiyyəsi”dir.
Çamadan dedik yadımıza bir epizod düşdü.
Atom-nüvə silahına malik 9 ölkənin başçıları hara gedirsə, “nüvə çamadanı” yatanda da yanlarında olmalıdır.
Müqayisə qüsurlu olsa da Əhəd Abıyev də hara gedirsə köhnə-taxta çamadanı özü ilə aparır.
Son vaxtlardakı həbslər, keçirilən əməliyyatlar və s Daşkəsən rayon rəhbərliyinin kefinə lap soğan doğrayıb.
İcra başçısı da yır-yığış edir, bağçadakı əşyalarını qablaşdırır, həyətdə basdırdığı küpü tez-tez yoxlayır, bir sözlə, çox həyəcan və təlaş keçirir. Köhnə çamadanını gözündən uzaq qoymur. Əhəd Abıyev dağdan arana enən əsl KÖÇ əhvalındadır. Elə bil hər dəqiqə qapının döyüləcəyini gözləyir. Köçün mübarək, Əhəd Abıyev. Çamadanı yadından çıxartma ha... //gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ