SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Karantin rejimini pozan çayxana aşkarlandı

Karantin rejimini pozan çayxana aşkarlandı

Tarix:

22-02-2021, 12:03

/ 601 dəfə oxundu.
Karantin rejimini pozan çayxana aşkarlandı

Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb. Obyekt sahibi-Xaliq Kərimov və müştərilər - Elşən Əliyev, Mehman Əhmədov və Bəylər Yusibov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Şərhlər

XƏBƏR LENTİ