XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » "Aylardır yola daş tökülüb, avtomobilimiz dağılır" - GİLEY

"Aylardır yola daş tökülüb, avtomobilimiz dağılır" - GİLEY

"Aylardır yola daş tökülüb, avtomobilimiz dağılır" - GİLEY
19-02-2021, 15:28

Qəbələ-Şəki yolundan müntəzəm istifadə edən sürücülər “MediaPost”a şikayət ünvanlayıb.

Onlar ərazidə aparılan təmir işlərinin gediş-gəlişi çətinləşdirdiyini bildiriblər.

“Qəbələdən Şəkiyə gedən yolda, 20 km dən çox yola daş töküblər. Guya iş gedir. O qədər yolda 3-4 maşın işləyir. Yol gedənlər də zülm çəkirlər. Avtomobil dağılır. Neçə aydır bu vəziyyətdədir” – şikayətdə qeyd edilib.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “MediaPost”a açıqlamasında bildirib ki, yol respublika əhəmiyyətli olduğu üçün təmiri qısa müddətdə aparmaq mümkün deyil:

“Həmin yolun 47 km hissəsində yenidənqurma işləri həyata keçirilir. 47 km-i bir iki aya təmir etmək mümkün deyil. Bu il ərzində işlər yekunlaşacaq. Bu, əslində sürücülərin rahatlığını təmin etmək məqsədilə görülən işlərdir. Yolda aparılan işlərlə əlaqədar əraziyə çınqıl örtüyü döşənib. Bu da gediş-gəlişdə problem yaradır. Amma bu, müvəqətidir. Problem yaxın müddətə həll ediləcək”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.