SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağsuda oğluna toy etmək istəyən ata və qonaqları CƏRİMƏLƏNDİ

Ağsuda oğluna toy etmək istəyən ata və qonaqları CƏRİMƏLƏNDİ

Tarix:

15-02-2021, 12:23

/ 745 dəfə oxundu.
Ağsuda oğluna toy etmək istəyən ata və qonaqları CƏRİMƏLƏNDİ

Ağsu rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Padarqışlaq kənd sakini Səxavət Həsənovun oğluna toy məclisi təşkil etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək karantin qaydalarının pozulması halını aşkar ediblər.

Məclisin təşkilatçısı S.Həsənov və digər 14 nəfər Polis Şöbəsinə dəvət olunub.

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

Şərhlər

XƏBƏR LENTİ