Əli Həsənovun Gəncədə işğal etdiyi "MƏTBUAT EVİ"... - gələcək taleyi necə olacaq?!
"Əli Həsənovun uzun illərdir "Kaspi" təhsil mərkəzi adı altında işğal etdiyi bina Gəncə mediasına qaytarılmalıdır. Bu günün və dövrün tələbi, yerli media nümayəndələrinin doğal haqqıdır".
Bu fikirləri Gəncədə yaşayan jurnalist Marif Rzayev KİVDF rəhbəri Vüqar Səfərlinin həbsinə münasibət bildirərkən səsləndirib.
"Demokratik.Az"-a danışan jurnalist regionda qəzet satışının düzgün təşkil edilmədiyini, həllini gözləyən bir sıra media problemlərini yada salıb.
Xatırladaq ki, sözügedən bina uzun illər "Kaspi" TM-in özəl binası kimi Sona Vəliyevanın idarəçiliyində olub.
Bina Gəncə Park Bulvar Kompleksinin mərkəzində yerləşməklə əvvəlcə jurnalistlər evi adı altında inşa edilib. 2017-ci ilin fevral ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi olmuş “Gəncəçay” park-bulvar kompleksindəki "Mətbuat Evi" kimi ictimaiyyətə təqdim olunub. Elə həmin ildən etibarən bina təyinatı üzrə deyil, prezidentin sabiq köməkçisi Əli Həsənovun diqtəsilə ailəsinə məxsus olan "Kaspi" şirkətinin tədris binası kimi istifadə edilib.
İnanırıq ki, bina bundan sonra Gəncənin "MƏTBUAT EVİ" kimi öz fəaliyyətini bərpa edəcək...
Demokratik.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...