XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » İmişlidə büdrəyən səfərbərliyimiz... - İTTİHAM

İmişlidə büdrəyən səfərbərliyimiz... - İTTİHAM

İmişlidə büdrəyən səfərbərliyimiz... - İTTİHAM
18-01-2021, 10:11

Oxuinfo.az- redaksiyasına hamını duşundurəcək həmdə cəmiyyəti məyus edəcək bir müraciət daxil olub. Həmin müraciəti olduğu kimi sizlərə təqdim edirik.

Hörmətli prezident mən İmişli rayon sakini Yadigarov Bayrəməli İxtiyar oğlu​ yazıb sizə bildirmək istəyirəm ki, SHXÇÜDXİRŞ- şöbəsində qanunsuzluqlar baş alıb getməkdədir.Bu qanunsuzluqlar 44-gunluk müharibə dövründə daha da məcrasından çıxdı.
Kimin imkanı varsa pulunu ödəyərək, oğlunu hərbi xidmətdən yayındıra bildi , bildirmək istəyirəm ki, Qarabağ uğrunda gedən döyüşlər zamanı xeyli sayda şəhid verməyimizi nəzə alsaq şanlı ordumuzun əsgər və zabitimizə ehtiyacı olması heckimə sir deyildir.Amma​ İmişlidə bu kimi hallarla bu sahəyə nəzarət edənlər dövlətimizə cox ciddi zərbələr vurmusdur, bu kimi əməllər​ zənnimcə dövlət başçısı Alı Baş Komandan İlham Əliyevi meydanda tək qoymağa hesablanmış​ mənfur niyyətli bir addımdır. Bildirmək istəyirəm ki, səfərbərlik dönəmində Alikişiyev​ Bəhlul Zahid oğlu müəyyən qədər pul ödəyərək hərbi xidmətdən yayınmaği bacarmışdır, əlavə olaraq onun bibisi oğlu daha bir İmişli sakini Əliyev Rəşad Mehman oğlu, dövlətimizin haqqlı olan Qarabağ döyüşlərində iştirak etməkdən baxmayaraq ki, çağırış vərəqəsi göndərilsdədə ictimaətə qaranlıq qalan səbəbdən döyüş bölgəsinə getməkdən yayinmişdir. Bu kimi hallar İmişlidə haqqlı narazılıqla səbəb olmuş cəmiyyət arasında çaşqınlıq yardmişdir. Bunları qeyd etməkdə məqsədim şanlı ordumuz onun ali bas komandanina​ ​ narazılıqların qarşısını alnmasina bir vətənpərvər olaraq yardımçı olmaqdır. Əlavə olaraq​ deyim ki, mən pensiyaçı, yaşlı adam olduğum halda aldığım pensiyadan döyüşlər zamanı gücüm çatan qədər döyüşlər gedən ərəfələrdə ordumuza ərzaq yardımı göstərmişəm və bunu özümə borc bilmişəm. Belə olan halda yuxarıda adı çəkilən insanların​ niyyətini başa düşmək olmur. Umud edirəm ki, yazdiglarimin doğru olub-olmamasını yerindəcə araşdırılmasına göstəriş verəcəksiniz.

Yaşasın müzəffər ordumuz və onun ali bas komandanı cənab İlham Əliyev.

Hörmətlə: Yadigarov Bayrəməli İxtiyar oğlu. İmişli rayonu Aranlı kəndi.

***
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.