SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanlı fermerdən İnam Kərimova İSTEFA ÇAĞIRIŞI... - "Əgər bir direktorun öhdəsindən gələ bilmirsinizsə..."

Beyləqanlı fermerdən İnam Kərimova İSTEFA ÇAĞIRIŞI... - "Əgər bir direktorun öhdəsindən gələ bilmirsinizsə..."

Tarix:

11-01-2021, 12:10

/ 661 dəfə oxundu.
Beyləqanlı fermerdən İnam Kərimova İSTEFA ÇAĞIRIŞI... - "Əgər bir direktorun öhdəsindən gələ bilmirsinizsə..."

Beyləqan şəhər sakini, sahibkar Tarverdiyev Məmməd Tarverdi oğlu Beyləqanda “Dostluq Damazlıq” Birliyi Sovxozunun (indiki “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsi – red.) direktoru Hikmət Ağayevin qanunsuz vəözbaşınalıqlarından dolayı ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Tarverdiyev Məmməd Tarverdi oğlu Prezidenti İlham Əliyevə ünvanladığı müraciətində yazır: “Cənab Prezident! Mən, 30 il Beyləqanda “Dostluq Damazlıq” Birliyi Sovxozunda ( “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsi – red.) işləmişəm. İşlədiyim müddətdə isə iki dəfə fəxri fərman almışam, taxılçılıq üzrə isə ən yüksək (65 setner) məhsul verdiyi üçün mənə motosklet hədiyyə edilib.
“Dostluq Damazlıq” Birliyi Sovxozunun torpaqları islahata getmədiyi üçün müqavilə ilə torpaq götürüb heyvandarlıqla məşğul olmuşam. Sonuncu dəfə 2015-ci ildən, 2020-ci ilə qədər müddətdə olub. Buna baxmayaraq “Dostluq Damazlıq” Birliyi Sovxozunun (“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsi) direktoru Hikmət Ağayev müqavilə müddəti bitməmiş, mənə məxsus olan torpaq sahəsini əlimndən zorla alaraq, şumlatmışdır. Hansı ki, mən 8 hektar torpaqda yonca əkmişdim. Onu biçməyə də imkan vermədi.
Kənd Təsərrüfatı naziri İnam Kərimov 23 avqustun 2019-cu il tarixində Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Beyləqan, Füzuli və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxarkən məndə nazirin qəbulunda oldum. Və Sovxozun direktoru Hikmət Ağayevin rəvac verdiyi qanunsuz hərəkətlərindən nazirə danışdım. Nazir İnam Kərimov da dərhal aidiyyəti şəxslərə və eləcə də sovxozun direktoru Hikmət Ağayevə göstəriş verib tapşırdı ki, yaratmış olduğu problemi həll etsin, vətəndaşlarda dövlətə qarşı narazılıq yaratmasın. Hikmət Ağayev nazirə “baş üstə” desə də, lakin bu günə qədər nazirin tapşırığını qulaqardına vurub. Hansı ki, mənimlə yanaşı nazir İnam Kərimovun qəbuluna eyni problemlə üzləşən, yəni torpağı əlindən alınan bir neçə vətəndaşlarda girmişdir. Nazir onlarında məsələlərinin həll olunması üçün Hikmət Ağayevə ciddi tapşırıq vermişdi. Düzdür, ən qısa müddətdə həmin şəxslərin problemləri həll olundu. Ancaq bu günə qədər mənim torpağım geri qaytarılmır. Bu isə o deməkdir ki, Hikmət Ağayev açıq şəkildə mənimlə ədavət aparır.
Mən həmin torpağa arxayin olub heyvandarlığı inkişaf etdirilməsi üçün dövlətdən 15 000 (on beş) min manat kredit götürmüşəm. Hazırda 1 ildən artıqdır ki, torpaq əlimdən alınıb və mən də dövlətdən götürdüyüm pulu ödəyə bilmirəm.Hansı ki, Hikmər Ağayev Sovxozun torpaqlarını kənar və ayrı-ayrı şəxslərə qeyri-qanuni icarəyə verib. Halbu ki, həmin şəxslərin sovxozla heç bir əlaqələri yoxdur. Haqqı olanların isə torpaqlarını Hikmət Ağayev müxtəlif yalançı bəhanələrlə əllərindən alıb kənar şəxsləri istifadəsinə verib. Hərbi xidmətdə olmayan və heç bir ali təhsili olmayan Əsədovları aqranom, ferma müdiri təyin edib. Beyləqanda “Azpetrol” YDM-nin arxasında yerləşən sovxoza məxsus 40 hektar torpaq sahəsini təhsilsiz Əsədovlar sülaləsi zəbt edib. Bütün bunlar korrupsiya hüquqpozmaları, dövlətə xəyanətdir.
Cənab Preizdent! Mən Sizə güvənirəm. Sizə İnanıram. Ona görə də bu müraciətimi məhz bir başa Sizə ünvanlayıram. Bilirəm ki, yalnız Siz Hikmət Ağayevin qanunsuz fəaliyyətinə son qoyacaq, vəzifəsindən sui-istifadə edərək “işğal” eydiyi “Dostluq Damazlıq” Birliyi Sovxozuna məxsus torpaqları yalnız siz azad edib, bizə qaytara bilərsniz. Necə ki, işğal altında olan torpaqlarımızı erməni quldurlarından azad etdiniz.
Odur ki, Sizdən mənə məxsus torpaq sahəsinin yenidən mənim istifadəmə qaytarılmasına köməklik göstərməyinizi xahiş edirəm.
Tarverdiyev Məmməd Tarverdi oğlu”

Şərhlər

XƏBƏR LENTİ