XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » İsmayıllıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

İsmayıllıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

İsmayıllıda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
6-01-2021, 17:57

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Diyallı kənd sakini Q.Rəhmanlının infeksiyanın yayılmasına şərait yaratdığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 virusuna yoluxduğu üçün evdə müalicəyə cəlb edilməsinə, sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs ictimai məkanda hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Q.Rəhmanlı barəsində İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.