SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İcra başçısı azad edilmiş əraziləri BÖLÜŞDÜRMƏYƏ BAŞLAYIB... - Prezidentə müraciət olundu

İcra başçısı azad edilmiş əraziləri BÖLÜŞDÜRMƏYƏ BAŞLAYIB... - Prezidentə müraciət olundu

Tarix:

25-12-2020, 13:02

/ 668 dəfə oxundu.
İcra başçısı azad edilmiş əraziləri BÖLÜŞDÜRMƏYƏ BAŞLAYIB... - Prezidentə müraciət olundu

Teref.az 1-ci Qarabağ savaşında "Qarabağın Həcəri" adı ilə məşhurlaşmış qazi Səbirə Mahmudova sosial şəbəkə vasitəsi ilə azad olunmuş torpaqlarda gedən talan barədə Prezidentə müraciət edərək məlumat verib. Müraciətdə deyilir:

"Cənab prezident!
Qan bahasına azad etdiyiniz Talışda və Suqovuşanda torpaqlardan tutmuş minlərlə arı yeşikləri,fermalar,traktorlar, kombaynlar, bütün maşın mühərrikləri Müstəqimin və mafiyasının bölgüsündədir.
Artıq balıq göllərinin də bölgüsü aparılıb. Vergi idarəsi orda gücsüzdür, onlara qarışa bilmədiklərini etiraf edirlər.Tərk edilmiş evlərdən çıxarılan məişət əşyalarını da öz adamlarına daşıtdırır.Bu özbaşınalığı,talanı Sizə çatdlrmaq borcumdur.
Müharibə vaxtı Tərtər camaatına gələn yardımı,əsgər yardımını mənimsəyən,Tərtəri özəlləşdirən başçıya əncam çəkəcəyinizə ümü edirik.
Qəhrəman Tərtəri çökdürən başçının burdakı mal-mülki kasıb rayonda dillər əzbəridir."

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!

Şərhlər

XƏBƏR LENTİ