SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Qarabağın Həcəri" Tərtərin İcra başçısını tənqid atəşinə tutdu - İTTİHAM

"Qarabağın Həcəri" Tərtərin İcra başçısını tənqid atəşinə tutdu - İTTİHAM

Tarix:

5-02-2020, 10:50

/ 1 008 dəfə oxundu.
"Qarabağın Həcəri" Tərtərin İcra başçısını tənqid atəşinə tutdu - İTTİHAM

Bir zamanlar "Qarabağın Həcəri" kimi ad çıxarmış Səbirə Mahmudaova öz feysbuk profilindən Tərtər rayon İcra Hakimiyyiətinin başçısı Müstəqim Məmmədova müraciət ünvanlayıb.Müraciəti olduğu kimi təqdim edirik:

Ay Müstəqim Məmmədov özünü Tolikə reklam etdirmə,bu rayonun kişilərinə təriflət.Çünki Tərtər qəhrəmanlar yurdudur.Balonla nəfəs alan şəhid oqluna nə qədər minnətdən sonra cəmi 300 manat pul göndərmişdin.Bu rayonda mənimsədiyin 100 hektarlardan,Tərtərdə,Baklda,Yevlaxda,Hacıkənddə özünə tikdirdiyin yarmarkalardan,maqazalardan,villalardan çəkilən vedeo-reporyajlar nədir bəs? Eşitdiyimə görə sabiq deputat sənə hədə gəlirmiş ki, onu qutudan çıxarmasan zibillərini açacaq.Heç narahat olma,faktlardan hamının xəbəri var,yəni"islanmışın yaqışdan,nə qorxusu?".
Sənin bu rayonda "xidmətinin" biri və əsası o oldu ki;Tərtəri sizlərə yem kimi saxlayan Sərdarın adını unutdurmaqa çalışdın.Az da olsa nail oldun.Amma unutdun ki,xislətində xəyanət olanlar keçmişi unudurlar...
Burası Tərtər.Bir gün coşar və ziyalar ortaya çıxıb səndən də hesab sorarlar.
Bu gün öyrəndim ki,fb-də başqa profillərdən istifadə etməklə özünü tərifləyirsən.
Tərtərin bu gün seşkiylə baqlı Yutube kanalında rekordu qırması sənin yarıtmaz işlərinin nəticəsidir,necə deyərlər: "kor atın,kor nalbəndi"...
Həəə, Ziya Mahmudov camaatımızın haqq səsi olaraq həqiqəti car çəkir.Ölkə başçısının islahatlarından ilhamlanır, rayonun 10 illik deputatından hesab sorur.Bütün rayon onu alqışlayır.Ziya,Alıyev Sahibin günahları kimi durmadan onu izləyir,debata çaqırır. Bu dəfə rayonun haqqına girməyə izn verməyəcəklərini bəyan edir.
Sənin keçmiş komandir Pənah Məmmədova təzyiqini də izlədim. Pənah müəllimi şantaj etməyə çalışdın.Polis sistemində işləyən oqullarını sistem atdlracaqınla təhdid etdin: Vilayətə demişəm,namizədliyini geri çəkməsən,oqlanlarını qovacaxlar orqandan".
General-mayor nazirimiz Vilayət Eyvazovun adıyla hədələmişdin.Amma düşünməmişdin ki,prezidentin seçki haqqında dediklərinin əksinə getdiyin cəhənnəm,qanunun yanında olan DİN i də öz çirkin oyununa alət edirsən.General-mayor Vilayət Eyvazov da eynən Ramil Usubov kimi şəhid və döyüşən oqulların övladlarını həmişə qayqıyla əhatələyiblər.
Nankorluqun o idi ki,Pənahların sayəsində bu rayonda qalıb çalıb-çapmısan illərlə.
Bu gün Tərtər ona verilən tarixi şansdan yararlanmalı,bu yolda önündəki maneələri daqıtmalıdır,istədikləri deputatı seçməlidir.Sənin sürücünün qaynanasıda namizədiymiş...
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!

Teref.az

Şərhlər

XƏBƏR LENTİ