SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY

Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY

Tarix:

28-11-2020, 14:06

/ 856 dəfə oxundu.
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY

Bakının Bilgəh qəsəbəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə məxsus su kanalı dağılıb, evləri su basıb.

Bu haqda Hurriyyet.org-a məlumat verən sakinlər bildirir ki, hadisə Bilgəh qəsəbəsi, Səməd Vurğun küçəsi, döngə 4-də qeydə alınıb. Nəticədə təqribən, çox sayda evin həyətyanı sahəsini su basıb.

Sakinlərin bildirdiyinə görə, səhər saatlarından Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yetkili şəxsləri ilə əlaqə saxlasalar da, problemlə maraqlanan yoxdur. Onlar düşünür ki, ya sözügedən qurumun sədri Əhməd Əhmədzadə “ölüb”, ya da dövlət malının göyə sovrulmasında maraqlıdır, təki onun maddi maraqları təmin olunsun. Belə olmasaydı, Əhməd Əhmədzadənin özünün və kürəkəninin Türkiyədə milyonluq biznesi də olmazdı. Hansı ki, ASC-ni korrupsiya bataqlığına çevirmiş baş meliorator uzun illər ərzində dövlət vəsaitlərini talayaraq özünə səltənət qurub.

Onu da qeyd edək ki, kürəkəni Cümə Əhmədzadə əhmədzadələr ailəsinin Azərbaycandan xaricə milyonlar daşıyan yeganə üzvü deyil.

Bilgəhdə vəziyyət urusca olsa da...

Redaksiyadan: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mövqeyini dərc etməyə çalışacağıq.

DİA.AZ əlavə olaraq bildirir ki, Bilgəh qəsəbəsi Sabunçu rayonuna aiddir və bu rayon da maləsəf Adil Vəliyev kimi birisi tərəfindən yönləndirilir. Yəni belə bir şəraitdə sakinlərin ölkə rəhbərliyindən başqa ümid yerlərinin olmadığını demək olar... Allah köməkləri olsun...
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY

Şərhlər

XƏBƏR LENTİ