XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Bərdə Yol Polisi Postunda şəhid ailəsi üzvündə 200 manat rüşvət tələb olunub- FOTO

Bərdə Yol Polisi Postunda şəhid ailəsi üzvündə 200 manat rüşvət tələb olunub- FOTO

Bərdə Yol Polisi Postunda şəhid ailəsi üzvündə 200 manat rüşvət tələb olunub- FOTO
24-09-2020, 09:22

Son vaxtlar ölkəmizin hüquq-mühafizə orqanları sahəsində çalışan bəzi vəzifə sahiblərinin atdıqları addımlarla bağlı ictimai fikirdə çoxsaylı şübhələr, müəyyən söz-söhbətlər, nifrət hissi və s. formalaşmaqdadır. Sözsüz ki, buna müxtəlif amillərin varlığı səbəb olur ki, həmin amillər içərisində ən əsası, qanunçuluğun keşiyində duran və üzərinə düşən vəzifə borcunu qanunun tələb etdiyi müstəvidə yerinə yetirməyə borclu olan hüquq-mühafizə orqanı əməkdaşlarından bəzilərinin, məhz qanunun tələblərini tapdaqlar altına atmaları olur. Məsələn, bugünlərdə Nyus.Az saytının redaksiyasına olduqca sensasiya doğura biləcək növbəti məlumatlar daxil olub. Daxil olan məlumatlarda qeyd olunur ki, bu ilin 15 sentyabrında Bərdə Yol Polisi Postunda Ərəbov Elşən Elbariz oğlu adlı şəxs, sürücülük vəsiqəsi olmadan özünəməxsus dövlət nömrə nişanı 10-ML-303 olan, qara rəngli 07 markalı nəqliyyat vasitəsini idarə edərkən, qeyd olunan postda polis serjantı Rəşad adlı yol polisi əməkdaşı onu saxlayır və atdığı addımına görə Elşən Ərəbovdan 200 manat rüşvət tələb edir. Elə ki, yol polisi əməkdaşı şəhid ailəsinin üzvü olan Elşəndən tələb etdiyi məbləği əldə edə bilmir, o halda o, nəqliyyat vasitəsini cərimə meydançasına aparmalı olur. Bir qədər vaxt keçdikdən sonra isə, kənar bir şəxs müəyyən məbləğlə qarşı tərəfi razı salıb Elşən Ərəbova məxsus nəqliyyat vasitəsini cərimə meydançasından götürə bilir. Belə bir halın varlığı da, məhz ciddi qanun pozuntusunun varlığından xəbər verir. Çünki, heç bir halda qanun ixtiyar vermir ki, Rəşad adlı yol polisi əməkdaşı adı çəkilən şəxsdən atdığı addımına görə 200 manat rüşvət tələb etsin. Digər tərəfdən, bu gün ölkə rəhbəri cənab İlham Əliyevin birbaşa nəzarəti altında ölkəmizdə rüşvətxorluğa, korrupsiyaya, hər cür hüquqpozmalara qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir və aidiyyatı dövlət qurumları bu yöndə aparılan mübarizə tədbirlərinə də cəlb olunurlar. Bu belə olduğu halda, görəsən Rəşad adlı yol polisi əməkdaşının şəhid ailəsinin üzvündən 200 manat rüşvət tələb etməsinə nə ad vermək olar? Özbaşınalıq, yoxsa bir kimsəni saya salmamaq? Düşünürük ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalov baş verən belə bir çirkin olayın hüquqi müstəvidə araşdırılması üçün, aidiyyatı üzrə lazımi tapşırığını verəcək.

Onu da bildirək ki, hazırda Bərdə Yol Polisi Postunun rəisi Rövşən müəllim məzuniyyətdə olduğundan, bu şəxsin vəzifəsini rəis müavini Göyüş adlı şəxs icra edir. Buna görə də, yaşanan olaylara münasibət bildirməsi üçün, biz özümüzü təqdim edib rəis əvəzi vəzifəni icra edən Göyüş adlı şəxslə əlaqə saxladıq. Düzdür, o, ünvanladığımız suallara cavabında “Məsələləri araşdırıb sizə məlumat verəcəyik” desə də, çox keçmədi ki, bu şəxsin əvəzindən adının çəkilməsini istəmədiyimiz və geniş ictimaiyyət arasında “yarımçıq jurnalist” imici qazanmış bir şəxs çıxış etdi. Məsələnin diqqəti cəlb edən tərəfi o oldu ki, özünü bugünkü aparıcı media mənsublarının sıralarında görmək istəyən, əksər yanaşmaları ilə çoxsaylı KİV nümayəndələrinin hissiyatına toxunan, çox zaman hansısa maraqlar çərçivəsində məmur vəzifəsini daşıyan şəxslərlə işbirliyinə girib “qladiator” rolunu oynayan, bir sözlə tam əksəriyyətin “yarımçıq jurnalist” imici ilə tanıyıb qəbul etdiyi həmin şəxs, çox keçmədi ki, sanki qarşı tərəfin vəkili rolunda çıxış etdi. Bu da onu söyləməyə əsas verir ki, bu cür əqidə sahiblərini cəmiyyətimizdə əmələ gələn problemlərin aradan qaldırılması deyil, yalnız və yalnız şəxsi maraqlarının həlli düşündürür.

Digər tərəfdən rəis müavini Göyüş adlı şəxsin bizə verdiyi cavab, az sonra adı çəkilən bu şəxsə ünvanladığımız suallara geniş ictimaiyyət arasında “yarımçıq jurnalist” imici qazanmış bir şəxsin müdaxilə edib maraqlanması və s. onu söyləməyə əsas verir ki, deməli rəis müavini özü üçün mətbuat xidməti saxlayır. Yəni, o halın varlığını da ehtimal etmək olar ki, bəlkə bu şəxsin maliyyə məsələləri adı çəkilən rəis müavini tərəfindən təmin olunduğu üçün, bu gün o, “yuyulmamış çömçə” kimi meydana atılıb.

Deməli, ...

Mövzu diqqətimizdədir.

Nyus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.