SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib

Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib

Tarix:

23-09-2020, 15:20

/ 1 164 dəfə oxundu.
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib

2020-ci ilin yanvar-sentyabr aylarında Ağcəbədi rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 898 min 579 manat olan 19 tender keçirilib.

FED.az-ın məlumatına görə, ən çox tenderi Ağcəbədi rayon İcra Hakimiyyəti keçirib. İdarə 9 tender keçirib. İcra hakimiyyəti həmçinin tenderlərin ümumi məbləğinə görə də birincidir. Belə ki, 9 tenderin ümumi məbləği 607 min 186 manat olub.

Bundan başqa, rayonda Ağcəbədi rayon Mərkəzi Xəstəxanası və Ağcəbədi Regional Mədəniyyət İdarəsi tenderlər keçirib.

Rayonda keçirilən 19 tenderdən 11-in fiziki şəxslər qazanıb. Fiziki şəxslərin qazandığı 11 tenderin ümumi məbləği 257,4 min manatdır.

Rayonda ən böyük tenderi "RCİ-İnkişaf 2014" MMC qazanıb. Şirkət abadlıq işləri üçün icra hakimiyyəti ilə 467 min 760 manat məbləğində müqavilə bağlayıb.

FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Ağcəbədi rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib

Şərhlər

XƏBƏR LENTİ