SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Bərdə möcüzələri: Adam ölmündən bir il sonra Vergi İdarəsinə gəlib və... (FOTO)

Bərdə möcüzələri: Adam ölmündən bir il sonra Vergi İdarəsinə gəlib və... (FOTO)

Tarix:

19-08-2020, 01:23

/ 2 573 dəfə oxundu.
Bərdə möcüzələri: Adam ölmündən bir il sonra Vergi İdarəsinə gəlib və... (FOTO)

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Nəbi Mənsim oğlu Abdullayevə aid "Kəpəz” Korperativinin mülkiyyətini özlərindən saxta sənədlər hazırlayaraq söküb-talayıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında şikayətçi Elşən Mənsimli BRİH-in onlara məxsus torpağı ələ keçirməsi iddiası ilə bağlı açıqlamasına İcra Hakimiyyətinin verdiyi reaksiyadan danışarkən deyib.

İddiaçının sözlərinə görə, İcra Hakimiyyətinin bu sənədlərlə bağlı bəzi saytlara verdiyi açıqlamada göstərilən sənədlər saxtadır. Belə ki, icra rəsmiləri məlumatda göstərib ki, Allahaverdiyev Nəbi (şəxsin əsl ad soyadı isə Abdullayev Nəbi) 2008-ci ildə Vergilər İdarəsinə gəlib, öz ərizəsi ilə müəssisənin fəaliyyətini dayandıraraq, ləğv edib.

Elşən Məsimli bildirib ki, atasının soyadı Allahverdiyev deyil, Abdullayev olub və o, 2007-ci il iyun ayının 28-də rəhmətə gedib.

"Onlar bu sənədləri yaymaqla bir daha öz saxtakarlıqlarını üzə çıxarmış olub. Yenidən saytlarda həmin hissəni götürüb sadəcə həmin müəssisənin fəaliyyətinin 2008-ci ildə dayandırıldığı yazılıb. Yəni bu vaxta qədər uçotda olub, sonradan ləğv edilib. Əgər həmin şəxs bir il əvvəl ölübsə, bu müəssisə sonradan mərhumun ərizəsi ilə necə ləğv edilə bilər? Bu, icra başçısının saxtakarlıqları, əliuzunluqları, ədalətsizliyi deyilmi ki, hamını belə susdura bilir. Əgər bir insan ölübsə, onun olar-olmaz bir müəssisəsini, mülkiyyətini əlindən almaq bu qədər asandır?”

Qeyd edək ki, bu gün saytlarda Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rayon sakininə məxsus torpaq sahəsini ələ keçirdiyinə dair iddialar yayılıb. Sonradan icra hakimiyyətindən açıqlama verilərək, vətəndaşın iddiası təkzib edilib.
Bərdə möcüzələri: Adam ölmündən bir il sonra Vergi İdarəsinə gəlib və... (FOTO)

Şərhlər

XƏBƏR LENTİ