SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Goranboy rəsmən rəhbərsiz qalıb... - GİLEY

Goranboy rəsmən rəhbərsiz qalıb... - GİLEY

Tarix:

18-08-2020, 16:44

/ 1 337 dəfə oxundu.
Goranboy rəsmən rəhbərsiz qalıb... - GİLEY

"Bizim rayonda nə başçı var, nə də dərdini deyəcək bir ünvan". Bu barədə DİA.AZ-a şikayət edən Goranboy sakinləri rayon icra hakimiyyətinin rəhbəri Məhərrəm Quliyevin fəaliyyətsizliyindən giley edirlər.

Xatırladaq ki, bir müddət əvvəl Goranboy RİH-də icra başçısı da daxil olmaqla bir neçə nəfər koronavirusa yoluxmuşdu. Elə bunu xatırladan narazı sakinlər dia.az-a aşağıdakı kimi giley edirlər:

"Əgər bizim icra başçısı xətsədirsə, əmək fəaliyyəti qabiliyyətində deyilsə, yenisini təyin etsinlər, biz də dərdimizi söyləyək. Daha Bakıya yazmaqdan yorulmuşuq. Başçının qəbuluna düşmək istəyirik, qapıdaca polis bizi qorxudur ki, birdən ya xəstə olarıq, ya da başçıdan xəstəliyə yoluxarıq. Yəni görüşümüz mümkünsüzdür".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ