Mingəçevirdə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yasin Fərzəliyevə ev şəraitində müalicə təyin edilsə də, ancaq o, özünütəcrid qaydalarına riayət etməyərək yaşadığı ünvanı tərk edib. Dərhal onun şəhər ərazisindəki olduğu ünvan müəyyən edilib və həkim briqadası dəvət olunub. Y.Fərzəliyevlə profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.
Məsələ ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır. 



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...