SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əhmədzadənin Ağcabədidə Suyu Milyonlara Çevirən Məmuru – Atamoğlan Babayevə Axır “Dur” Deyən Olacaq?

Əhmədzadənin Ağcabədidə Suyu Milyonlara Çevirən Məmuru – Atamoğlan Babayevə Axır “Dur” Deyən Olacaq?

Tarix:

15-08-2020, 16:05

/ 1 762 dəfə oxundu.
Əhmədzadənin Ağcabədidə Suyu Milyonlara Çevirən Məmuru – Atamoğlan Babayevə Axır “Dur” Deyən Olacaq?

Xatırladaq ki, bir müddət bundan əvvəl Ağcabədi rayon Yuxarı Qiyamadınlı kəndi ərazisində subartezyan quyularının təmiri zamanı su borusunu qaldırıcı kran vasitəsilə qaldırarkən boru qaynaq olunmuş hissədən qırılaraq iki nəfərin üzərinə düşmüşdü. Hadisə nəticəsində 1979-cu il təvəllüdlü, idarənin çilingəri Səfərov Rahib Əhliman oğlu və 1994-cü il təvəllüdlü kənd sakini Hüseynov Elnur Bakir oğlu ağır bədən xəsarətləri almışdılar. Qeyd edək ki, bu hadisədən cəmi bir neçə gün qabaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ASC-nin yerli qurumlarından olan Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə Atamoğlan Babayevi rəis təyin edibmiş. İdarənin sabiq rəisi Əli Əliyev yaşı ilə bağlı təqaüdə göndərilmişdi.
2017-ci ildə Kollegiyada “Aqrolizinq” ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsindən fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə uzaqlaşdırılan Atamoğlan Babayevin yenidən Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsi kimi məsuliyyətli bir müəssisəyə rəis təyin edilməsi çox müəmmalı məsələdir. Çünki “Aqrolizinq” ASC-nin Ağcabədi Regional Nümayəndəliyində aparılan yoxlamalar zamanı gübrələrin saxlanmasında, satışında, vəsaitlərin daxil olmasında, eyni zamanda qısa müddətli lizinqə verilən taxılyığan kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən vəsaitlərin daxil olmasında külli miqdarda çatışmazlıqlar üzə çıxmışdı. Bu yoxlamalardan sonra A.Babayevlə bağlı istintaq başladılmış, haqqında dövlətə dəymiş bir milyon manata yaxın zərərin ödənilməsi şərti ilə cəza növü də tətbiq edilmişdi.Maraqlı olan hal ondan ibarətdir ki, bu məhkəmə prosesi Atamoğlan Babayevin məsuliyyətə cəlb olunduğu ilk və son olay deyil. Ağcabədi rayonundakı mənbəmizin aktualxeber.az-a dediyinə görə A.Babayev müxtəlif zamanlarda ayrı-ayrı vəzifələr daşıdığı zaman ən azı üç dəfə hüquqi müstəvidə problemlə üzləşib. “Azər Toxum” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı qaldırdığı məhkəmə iddiasından rayonda hələ də danışırlar. Yuxarıda qeyd etdiyimiz bədbəxt hadisə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmadığının nəticəsi idi. Ağcabədi rayon Prokurorluğunda iki nəfərin ağır yaralanması ilə nəticələnən istehsalat qəzası ilə bağlı araşdırmalara başlanılsa da A.Babayev yenə də cəzadan canını qurtara bilmişdi. Ona bu işdə havadarı olan Meliorasiya və Su Təsərrüfatı ASC-də işləyən iki məsul şəxs – Subartezian Quyularının İstismarı İdarələrinin fəaliyyətinə əsas cavabdeh şəxs olan sədr müavini Rafiq Aslanov və Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadov kömək ediblər. Havadarlarının köməyi ilə oliqarxa çevrilə bilmiş A.Babayevin cəzalandırılacağı gün elə də uzaqda deyil. Son zamanlar aparılan məmur həbsləri buna əyani sübutdur.
Aktualxeber.az-ın redaksiyasına Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Atamoğlan Babayevlə bağlı şikayət ərizəsi daxil olubdur. Həmin ərizə ilə bağlı əlaqədar orqanlara göndərdiyimiz sorğulara cavab gələn kimi geniş məqaləmizi oxucularımıza təqdim edəcəyik.

Yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ