XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto

Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto

Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto
12-08-2020, 18:08

Bu il may ayının 8-də DTX-nin hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Mədəniyyət Nazirliyində keçirtdiyi xüsusi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov və xidmət rəisi Zakir Sultanov həbs edildi.

Məhkəmə qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürüldü.

DTX-nin keçirtdiyi əməliyyat zamanı həbs edilən nazir müavini və xidmət rəisi ilə bağlı yaydığı videoçarxda isə ələ keçirilən dəlil sübutlar içərisində Regional Mədəniyyət İdarə rəislərinin hər ay nazir müavini Rafiq Bayramova verdikləri rüşvət siyahısı da yer alırdı.

Videoçarxda görüntülənən siyahıda Xaçmaz Regional Mədəniyyət İdarəsinin hər ay Rafiq Bayramova 4000 (dörd min) manat rüşvət verdiyi qeyd edilib.

AzFakt.com Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevlə bağlı ilginc mlumat əldə edib. Belə ki, uzun illər kolxoz sədri vəzifəsində çalışan Nazim Ağayevin Xaçmazın "boz kardinal"ı olduğu deyilir. 2002-ci ildən Xaçmaz rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsində çalışan Nazim Ağayevin bu illər ərzində özünə külli-miqdarda var-dövlət topladığı deyilir.

Məlumata görə əvvəllər rayon icra hakimiyyətini başçısının müavini və YAP-ın Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışan Nazim Ağayev şəxsi əlaqələrində istifadə edərək övladlarının rayonda yüksək vəzifələrə yerləşdirməyi bacarıb. Hazırda Nazim Ağayevin Anar adlı oğlunun rayon icra başçısının Çinartala kəndi üzrə nümayəndəsi, Emin adlı oğlunun isə Xaçmaz rayon İcra Hakimiyyətinin Sosial iqtisadi şöbəsinin müdir maüvini vəzifəsində çalışdığı deyilir.

İddialara görə Nazim Ağayevin qazandığı var-dövlətlərin əsas mənbəyi rəisi olduğu Xaçmaz Regional Mədəniyyət İdarəsinin sifarişçi olduğu tenderlərdir. Elə təkcə ötən ilin aprel ayının 25-də Xaçmaz Regional Mədəniyyət İdarəsi Şabran rayon sakini 1984-cü il təvəllüdlü Əhməd Yolçuyev adlı şəxslə 184 min manatlıq tender müqaviləsi bağlayıb. DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı çəkilən videoda danışan sahibkarlar ən azı 30 faizi "otkad" halında geriyə qaytardıqlarını deyirlər.

Nazim Ağayevin on səkkiz illik Xaçmaz rayon və Regional mədəniyyət İdarəsinə rəislik dövründə keçirilən satınalmalar isə milyonlarla ölçülür.
Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.