Polis Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlayıb
Balakən Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon
sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə, rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin
nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib, ancaq o,
qaydaları pozaraq yaşayış yerini tərk edib.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq
tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyən edilib. T.Məmmədovun
mağazaya və başqa bir neçə yerə getdiyi məlum olub. Polis əməkdaşları və
həkimlərin müşayiəti ilə o, Təcili Tibbi Yardım avtomobilinə əyləşdirilərək,
koronavirus xəstələrinin müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstənasına
yerləşdirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl də T.Məmmədov yaşayış yerini tərk
etdiyinə görə, onunla profilaktik söhbətlər aparılıb. Bu hərəkətinin digər
şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılaraq ciddi
xəbərdarlıq edilmişdi. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən qaydaları
pozub.
Hazırda məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilməsi üçün Balakən
Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...