XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » "Quşqara hotel”də Operativ Qərəgahın qərarlarına məhəl qoyulmur –ŞOK İTTİHAMLAR - VIDEO

"Quşqara hotel”də Operativ Qərəgahın qərarlarına məhəl qoyulmur –ŞOK İTTİHAMLAR - VIDEO

"Quşqara hotel”də Operativ Qərəgahın qərarlarına məhəl qoyulmur –ŞOK İTTİHAMLAR - VIDEO
11-08-2020, 08:32

Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən və hər kəsin “Quşqara hotel” adı ilə tanıdığı bu obyektin nə o qədər diqqəti cəlb edən görkəmi, nə də ki, hansısa füsunkar gözəlliyi var. Amma, qol qoyulan əməllərə görə bu obyektin adı, hal-hazırda ölkəmizin qərb bölgəsində dillər əzbəri olub. Bəli, uzun müddət idi ki, bu ünvanda hansı həngamələrə qol qoyulması haqda məlumatları eşitdikcə, sanki dəhşətə gəlirik. Buna əsas səbəb, əksər ünvanlardan fərqli olaraq, “Quşqara hotel”də gecədən səhərə kimi yuxusu ərşə çəkilən şəxsin müştəri gəlişini səbirsizliklə gözləməsi və həmin ünvana üz tutan müştərilərə belə bir təklifi verməsi olur. “Siz neçə nəfərsiniz və hansı qiymət həddində otaq istəyirsiniz?” O halda başa düşürsən ki, birmərtəbəli olan bu obyektdə hansı hoqqalara qol qoyulur.
Onu da qeyd edək ki, yaş həddindən asılı olmayaraq qadınların cinsi zoraklığı məruz qalmaları üçün “Quşqara hotel”in hər otağında yemək stolu, televizor, hamam, yataq dəsti və digər lazımi təminolunmalar var. Bu da qeyd etdiyimiz halların varlığına lazımi imkanlar yaradır. Hələ bunlar azmış kimi, birdən hansısa müştəriyə lap “sütül xanım” lazım gələrsə, o halda həmin şəxs ürəyindən keçən belə bir arzusunu da, məhz bu ünvanda “çin edə bilir”. “Quşqara hotel”də, bu gün “möhtəşəm qanunlar”la, “müqəddəs qaydalar”la müştərilərə elə xidmət növləri göstərilir ki, onları görən hər kəs sanki “valeh olur”. Məsələn, Nyus.Az-ı məlumatlandıran şəxslərin bildirdiklərinə görə, bu obyektdə iş saatı əsas etibarilə axşam 9-10-dan sonra başlayır. Yəni, həmin saatlardan sonra “Quşqara hotel”ə ayrı-ayrı ünvanlardan “seçmə xanımlar” gətirilir və müştərilərə müəyyən olunmuş qiymətlərə “satılır”. Söylənilənlərə görə, “Quşqara hotel adı ilə tanınan bu obyektə ətraf ərazilərdən o qədər “xanımlar daşınıb gətirilir” ki, sanki görüb-eşidən hər kəs dəhşətə gəlir. İndi olub-keçənlərə diqqət yetirək. Bir tərəfdən qadınların cinsi istismar olunmalarına qarşı aidiyyatı orqanlar tərəfindən ardıcıl mübarizə tədbirləri həyata keçirilir, digər tərəfdə isə, bu ünvanın sahibi düşünüb-daşındığı addımlarını atmaqda davam edir.
Nyus.Az-a çatdırılan digər məlumatlara görə, “Quşqara hotel”ə sahiblik edən şəxslər bu gün də iyrənc əməllərindən əl çəkmirlər və işlətdikləri bu obyektdə yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına hər cür şərait də yaradırlar. O halda sual oluna bilər ki, görəsən bölgənin “dan ulduzu”na çevrilən və bu obyekti belə bir formada işlədən şəxslərə “arxa-dayaq” duran vəzifə sahibi kimdir? Bax, budur hər kəsi düşündürən hal! Məsələnin düşündürücü tərəfi odur ki, gün ərzində dövriyyəsi təqribən bir neçə yüz, bəlkə də min manatlarla hesablanan bu obyektdə, kassa aparatı olsa da, ondan heç bir halda istifadə olunmur. Ona görə də, “Quşqara hotel”ə üz tutan müştərilərə heç bir halda ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi vergi məsələsini qarşı tərəflə razılığa gəldiyi formada həll edir. Belə bir halın varlığı da, obyekt sahibinin əldə etdiyi gəlirlərin daha çox hissəsinin vergidən gizlədilməsinə imkanlar açır. Bu həm əmək intizamının tələblərinin pozulması, həm də vergi cinayətinin baş verməsi demək olur. Əsas məqamlardan biri də, cütlüklər qiyməti razılaşdırılmış otaqlara daxil olarkən, həmin şəxslərin nigahda olub-olmadıqları araşdırılmır, obyektdə çalışan işçilərlə əmək müqaviləsi bağlanmır, natəmizlik halları tüğyan edir, ətraf ərazilərdə yaşayan sakinlərə hər cür narahatçılıq yaradılır.
Bir faktı da qeyd edək ki, “Quşqara hotel”də yaşanan çoxsaylı hoqqalarla bağlı bugünədək ayrı-ayrı media qurumlarında dəfələrlə tənqidi məqalələr işıq üzü görüb, yaşanan problemlərin varlığı qabardılıb və o da vurğulanıb ki, bu obyektdə yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün hər cür şərait yaradılıb.
Bütün bunlar qalsın bir yana, bu gün hotelə sahiblik edən şəxslər koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərəgahın qəbul etdiyi qərarlara, heç bir halda əhəmiyyət də vermirlər. Yəni, faktdır ki, bu gün Samux rayonu da koronovirus infeksiyasının daha çox yayıldığı rayonlardan biri elan olunub və bu rayon da xüsusi karantin qaydalarının tətbiq olunduğu rayonlar siyahısına daxil olunub. Buna baxmayaraq, “Quşqara hotel”də gündəlik qadınların cinsi istismarı həyata keçirilir və digər çoxsaylı qanunsuz addımlar atılır. Sözsüz ki, bu yöndə atılan addımlar birbaşa cinayət məsuliyyəti yaradan halların varlığıdır. Çünki, Operativ Qərəgahın qəbul etdiyi qərarlarda hər kəsin xüsusi karantin qaydalarına əməl etməsi tələb olunsa da, bu hotelin rəhbərliyi isə, nə ölkə rəhbəri cənab İlham Əliyevin çağırışını, nə də Operativ Qərəgahın qəbul etdiyi qərarları saya salmadan fəaliyyət göstərməkdə davam edirlər. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra aidiyyatı dövlət qurumları “Quşqara hotel”ə sahiblik edənlərə, necə və hansı halda işləməyin qaydalarını “izah edəcəklər”.
P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə “Quşqara hotel”də bağlı əldə olunacaq çəkilişi, həmçinin bu ünvanda baş verən “tükürpədici” addımları, hər cür qanunsuzluq hallarının varlığını çoxsaylı oxucuların diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın

Nyus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.