SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qazaxda hamilə qadınlar UZİ aparatı axtarırlar

Qazaxda hamilə qadınlar UZİ aparatı axtarırlar

Tarix:

23-07-2020, 15:30

/ 1 562 dəfə oxundu.
Qazaxda hamilə qadınlar UZİ aparatı axtarırlar

Qazaxda koronavirusla mübarizə çərçivəsində icra başçısı Rəcəb Babaşovun Qazax şəhər doğum evinə baş çəkməsi heç də alqışlanmayıb

Özünün karantin rejiminə əməl etməməsi bir yana, üstəlik doğum evində özlərini müayinə etdirən hamilə qadınlara irad tutması yerində olmayan hərəkət hesab olunb. Həmişəki kimi yenə də 7-8 nəfərlə doğum evinə gələn icra başçısı binanın girişində UZİ aparatında özlərini müayinə etdirən hamilə qadınlardan bir neçəsinin maskasız olması icra başçısının qəzəbinə səbəb olub. Lakin qərəzçiliyini unutmayan icra başçısı maskasız olan 2-3 nəfər qadını maarifləndirmək əvəzinə, bu işdə heç bir günahı olmayan UZİ aparatında çalışan Validə Qəhrəmanovaya sərt təpgi gəlir. Hazırda Validə Qəhrəmanova işə davam etsə də vəzifəsinin icrasına imkan verilmir.

Bu məsələnin bir tərəfi.

Qazaxda hamilə qadınların UZİ ilə müayinəsi təcrübəli həkim Validə Qəhrəmanova tərəfindən aparılması xəstələrə daha yaxşı məlumdur. Onun çoxillik fəaliyyətinin nəticəsidir ki, xəstələrə dəqiq və düzgün diaqnoz qoyulur. Yəni, Validə Qəhrəmanovanın təcrübəsinə şübhə edənlər yoxdur. Bu gün belə bir kadrın tam əsassız olaraq cəzalandırılması bir növ qəsd kimi başa düşülür. Qazaxda hamilə qadınlr karantin rejimində özlərini müayinə etdirmək üçün Ağstafa və Tovuz yollarında qalıblar. Onlar çəkdikləri əziyyət üçün kimə şikayət edəcəklərini də bilmirlər.

Qazax Səhiyyə Şöbəsinin müdiri Sevda Məmmədova da icra başçısına söz deməkdən ehtiyat etdiyi üçün məsələ müşgülə düşüb. Sevda Məmmədovanın haqqın müdafiəsində durmasından qaçaq düşməsinin səbəblərindən biri onun yaş həddini keçməsidir. Əlbəttə ki, gününü sayan baş həkim özündən başqa heç kimi müdafiə etmək fikrində də deyil. Koronavirus pandemiyasının tuğyan etdiyi bir vaxtda Qazax əhalisinin dərd-sərinə şərik olmaq əvəzinə, stabilliyi təmin etmək əvəzinə bu cür narazılıqlar yaradan icra başçısı Rəcəb Babaşova hansı qiymətin verilməsini qazaxlılar dərindən düşünsə daha yaxşı olardı.

Gündəmxəbər.az

Şərhlər

XƏBƏR LENTİ