SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabadda göndərilmiş yardımların mənimsənilməsi faktı, hələ də müzakirə mövzusudur

Cəlilabadda göndərilmiş yardımların mənimsənilməsi faktı, hələ də müzakirə mövzusudur

Tarix:

23-07-2020, 15:27

/ 1 261 dəfə oxundu.
Cəlilabadda göndərilmiş yardımların mənimsənilməsi faktı, hələ də müzakirə mövzusudur

Bir neçə ay bundan öncə Heydər Əliyev Fondu tərəfindən, həmçinin bir çox imkanlı şəxslər və xeyriyyəçilər tərəfindən koronovirus (COVİD-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində ölkəmizin müxtəlif ərazilərdə yaşayan insanlara, o cümlədən Cəlilabad rayonunun Şiləvəngə kənd inzibati ərazi dairəsindəki imkansız ailələrə, xəstələrə, əlillərə, yaşlılara və s. kimi kateqoriyadan olanlara ərzaq yardımları göndərilir.

Həmin vaxtlarda Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin və onun müavini Rəşad Seyfullayevin, göndərilmiş ərzaq yardımlarını müxtəlif yollarla mənimsəmələri haqda bəzi media qurumlarında açıqlamalar yayımlandı. Hətta, adı çəkilən hər iki vəzifə sahibinin Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalovun əmri ilə daşıdıqları vəzifələrindən azad olunmaları da bildirildi. Bundan əlavə, Bağır Şirəliyevlə bərabər, onun müavini Rəşad Seyfullayev barəsində rayon prokurorluğunda cinayət işinin başlandığı da qeyd olunmuşdu. Gundemxeber.Az saytı olaraq belə bir olayın yaşanması, vəzifə sahibi olan hər iki şəxsin ərzaq yardımlarını ələ keçirib mənimsəmələri və s., birbaşa diqqətimizi cəlb edən məsələlərdən oldu. Ona görə də, qol qoyulan qanunsuzluq əməlləri ilə bağlı bir neçə dəfə Gundemxeber.Az saytı açıqlamalar yayımladıq və mövzunu gündəmdə saxlamağa çalışdıq. Bundan əlavə, redaksiyamıza daxil olan bəzi məlumatları dəqiqləşdirmək məqsədilə, 17 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi qaydada müraciət də ünvanladıq. Diqqəti cəlb edən hal odur ki, ünvanladığımız müraciətə 03 iyul 2020-ci il tarixdə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəis müavini, 1-ci dərəcəli hüquqşünas cənab Toğrul Əhmədovun imzası ilə təsdiq olunmuş №:091/208 məktubla cavab verildi. Verilmiş cavab məktubunun bir surətinin Cəlilabad rayon prokuroru cənab Vahid Əhmədova göndərildiyi və ünvanlanmış məktubla bağlı lazımi araşdırma işlərinin aparılıb Gundemxeber.Az saytının redaksiyasına cavab verilməsi də tövsiyyə olunmuşdu. Bəli, Gundemxeber.Az saytı olaraq belə bir cavabın verilməsi, məhz bu gün bizim üçün olduqca əhəmiyyət kəsb etməkdədir. Düşünürük ki, Cəlilabad rayon Prokurorluğunda sadalanan faktlar lazımınca araşdırılacaq və redaksiyamıza ətraflı cavab da veriləcək. Mövzu diqqətimizdədir.

Gundemxeber.Az

Şərhlər

XƏBƏR LENTİ