Şəmkirin icra başçısı vəziyyətdən ÇIXA BİLƏCƏKMİ? - Rahatca vəzifədən getmək istəyir...
Şəmkinin icra başçısı postuna hələ 2014-ci ilin oktyabrında təyinat alan Alimpaşa Məmmədov bir ara mətbuatın ulduzuna çevrilsə də, get-gedə adiləşən məmurlar sırasında öz yerinə yer etməkdədir. Artıq yerli KİV-lər ondan gələn şikayətlərin işıqlandırılmasına da həvəsli görünmürlər. Alimpaşa Məmmədovun özü da bu adiləşmənin fərqindədir. Amma deyəsən daha kimsənin onu "Polad Ələmdar"a bənzətməməsi icra başçısını depressiyaya salıb.
Bu barədə DİA.AZ-a raypndakı qaynaqlardan verilən informasiyada qeyd olunur ki, Şəmkirə təyinat alanadək Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləmiş Alimpaşa Məmmədov Bakıdakı günləri üçün bərk darıxıb.
Mənbənin söylədikləri: "Əslində yaxşı anlayır ki, bu gün olduqca çətin durumdadır. Yəni Ağstafa, Neftçala, Biləsuvar daha bir neçə rayonlarının keçmiş başçılarının aqibəti onu da gözləməkdədir. Hədəf olduğunu yaxşı bildiyindən rahatlıqla görəvdən alınması üçün çaba sərf edir. Lakin onu kimsə sadəcə olaraq yola salmaq fikrində olmayacaq. Çünki hazırda Şəmkirdə 400 min manatdan çox büdcə vəsaitinin taleyi sual altındadır və bu barədə dövlətin müvafiq qurumlarının əlində ciddi faktlar var. Həmin faktlara hüquqi qiymətin verilməsi isə an məsələsidir. Ona görə də Alimpaşa Məmmədov hazırda Bakıda yeni vəifə ala bilməsi üçün yollar arayır".
Onun bu arzusunun gerçəkləşib-gerçəkləşməyəcəyini dəqiq bilməsək də, güman etdiyimiz odur ki, onun kimi "istixana məmurları" üçün əlçatmaz heç nə olmur...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...