XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Yeni təyin olunan icra başçısı dəniz sahilində özünə İstirahət Mərkəzi tikdirir – FOTO

Yeni təyin olunan icra başçısı dəniz sahilində özünə İstirahət Mərkəzi tikdirir – FOTO

Yeni təyin olunan icra başçısı dəniz sahilində özünə İstirahət Mərkəzi tikdirir – FOTO
20-07-2020, 01:56

Keçmiş döyüşçü: “Cənab Ali Baş Komandan Mirhəsən Seyidov bir əsgəriniz, xalqın bir xidmətçisi olaraq, Sizin etimadınızı doğrultmadı”.

İkinci dərəcəli Qarabağ əlili, keçmiş hərbiçi Rəşad Rəhimovun pia.az-a yazdığı məktubda qeyd edir ki, ən gənc icra başçısı olaraq Mirhəsən Seyidov özü bir nümunə olmalı və Tovuzda döyüşlərin başladığı ilk gündə ordu sıralarına yazılmalı idı. Lakin bunun əvəzinə onun öz mənfəətini güdməsi və etdiyi hərəkətlər sadəcə təəssüf hissi doğurur…

Artıq bir neçə aydır ki, Neftçalada vəziyyət günü-gündən pisləşir. Bir tərəfdən susuzluq, digər tərəfdən pandemiyanın yaratdığı çoxlu narahatlıqlar və problemlər və son günlər yaşaşan müharibə həyəcanı… Neftçala əhalisi son bir neçə ayda doğrudan da fövqəladə vəziyyət şəraitində yaşamaqdadır. Hər şeydən əvvəl Kürün suyunun kəskin azalması nəticəsində Xəzər dənizinin suyunun çayın mənsəbinə girməsi neftçalalıların bütün sahələrdə vəziyyətini çox ağırlaşdırıb. İstər əhalinin və heyvan-qaranın, istərsə də əkinlərin su ilə təminatında böyük problemlər yaşanmaqdadır.

Bəs Neftçala əhalisinin fövqəladə vəziyyətdə yaşadığı bu günlərdə Neftçalnının gənc başçısı da fövqəladə vəziyyətdə yaşayırmı? Çox təəssüflə qeyd etməliyik ki, yaşamır. Bütün hallarda Neftçaladan gələn xəbərlər bunu təsdiqləyir. Prezidentin tövsiyyələrinə baxmayaraq Neftçalanın gənc icra başçısı öz səfasının dalınca qaçır və xalqın cəfasını qətiyyən paylaşmır…

Qeyd edək ki, iyulun 15-də Neftçalanın icra başçısı Murhəsən Seyidovun Prezident tərəfindən neftçalalılara xidmət etmək üçün vəzifələndirilməsindən 100 gün keçdi. Bəs bu müddət ərzində neftçalalılar üçün nəyinsə dəyişdiyini, hansısa sahədə neftçalalılar üçün yüngüllüyün yarandığını demək olarmı? Neftçalalıların dediyinə görə yox. Neftçalalılar iddia edirlər ki, yeni gənc başçı ümumiyyətlə davranışları ilə belə, hazırda həbsdə olan sabiq başçı İsmayıl Vəliyevdən heç nə ilə fərqlənmir.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev martın 5-də yeni təyin etdiyi İsmayıllı və Neftçala rayonlarının icra başçılarını qəbul edərkən onlara bir sıra tövsiyyələr etmişdi. Konkret olaraq ən gənc başçı olaraq təyinat alan Mirhəsən Seyidova isə aşağıdakı tövsiyyələri etmişdi:

“Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq”.

Daha sonra isə prezident yeni başçıları işlərinə məsuliyyətlə yanaşmağa, həbs olunan icra başçılarının səhvlərini təkrar etməməyə və onlara göstərilən etimadı doğrultmağa çağırmışdı. Preziden xalqın və dövlətin qarşısında onlara göstərilən etimadı doğrultmağı xüsusi olaraq vurğulamışdı:

“Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız, bu eyni zamanda cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır”.

Və bu gün neftçalalılar açıq şəkildə deyir ki, prezidentin böyük etimad göstərdiyi Mirhəsən Seyidov sələfi İsmayıl Vəliyevin getdiyi yolla gedərək bu etimadı doğrultmayıb. Elə Mirhəsən Seyidovun iş prinsipi və davranışları da bunu deməyə əsas verir.

İsmayıl Vəliyev kimi gününün çox hissəssini restoranlarda keçirən yeni icra başçısının da ilk işi özünə biznes yaratmaq olub. (İsmayıl Vəliyevin ilk işi Neftçalada yeni bazar və restoran inşa etmək olmuşdu.) Belə ki, ikinci dərəcəli Qarabağ əlili, keçmiş hərbiçi Rəşad Rəhimovun PİA.az-a yazdığı məktubda qeyd edilir ki, 100 gün müddətində Neftçalada daşı daşın üstünə qoymayan, təhsil və səhiyyədəki dözülməz vəziyyəti sağlamlaşdırmaq üçün heç bir addım atmayan Mirhəsən Seyidov dəniz sahilində, xalq arasında “Müşviq” deyilən, Neftçalanın Şirvanlı kəndində İstirahət Mərkəzi tikdirir.

Tikinti yeni başlamasına rəğmən icra başçısı hazırda başlayan çimərlik sezonunu nəzərə alaraq, dəniz sahilində yüzdən artıq “besetka” hazırlatdırıb və istifadəyə verib. Besetkaların birini isə çimərliyə gələnlərə 20 manata verir. Bu işləri və İstirahət Mərkəzinin əsas binasının yeni başladılan tikintisini icra başçısının Bakıdan özü ilə gətirdiyi Rüstəm adlı yaxın qohumu idarə edir. (Təsadüfdənmi, yoxsa qədərdənmi, İsmayıl Vəliyev də Neftçalaya gələndə özü ilə Rüstəm adlı dostunu gətirmişdi.)

Başçının qohumu Rüstəmin yardımçısı isə Neftçala rayon İcra Hakimiyyətini Ərazi idarəetmə şöbəsinin müdüri Elşən Əmirovdur. Keçmiş hərbiçi Rəşad Rəhimov bildirir ki, Elşən Əmirovun adı DTX-nın apardığı cinayət araşdırmasında keçir və buna baxmayaraq Mirhəsən Seyidovun ona böyük etimad göstərir.



Xalqın çoxsaylı problemlərindən heç birini həll eləmədiyi halda yeni başçının özünə dəniz sahilində İstirahət Mərkəzi inşa etməsinə qarşı keçmiş döyüşçü, Qarabağ əlili Rəşad Rəhimov qəzəbini PİA.az-a belə ifadə edib:

“Neftçala əhalisi çox ağır günlər keçirir. Əhalinin sususz qaldığı bu günlərdə hamımız Tovuz döyüşlərinin şokunu yaşamaqdayıq. Bu ağır günlərdə biz icra başçısının hər hansı bir vətənpərvər və xalqa nümunə olacaq addım atmasının şahidi olmadıq. Bunun yerinə bu ağır günlərdə Mirhəsən Seyidov özü üçün dəniz sahilində İstirahət Mərkəzi inşa etdirir. İcra başçısını susuz qalan qəsəbələr, kəndlər, rayon mərkəzi, əkin sahələri narahat etmir. Tovuzda, Azərbaycan-Ermənistan sərhədində qəhrəmanlıqla şəhid düşən əsgərlərimiz də icra başçısı üçün əhəmiyyət kəsb eləmir. Bu ağır günləırdə başçını təzə inşa eləçməyə başladığı İstirahət Mərkəzi və ordakı “besetka”lardan əldə olunan gəlir daha çox maraqlandıdır. Biz bir qrup Qarabağ döyüşçüləri başçının bu davranışını şiddətlə qınayırıq. Və burdan üzümüzü Ali Baş Komandanımıza tutub deyirik: Cənab Ali Baş Komandan Mirhəsən Seyidov bir əsgəriniz, xalqın bir xidmətçisi olaraq Sizin etimadınızı doğrultmadı. O sizin tapşıırıqlarınızı həyata keçirmək üçün bu günə qədər heç bir addım atmayıb və belə görünür ki, atmayacaq da”.

Keçmiş döyüşçü bildirib ki, ən gənc icra başçısı olaraq Mirhəsən Seyidov özü bir nümunə olmalıydı və Tovuzda döyüşlərin başladığı ilk gündə ordu sıralarına yazılmalı idı. Lakin bunun əvəzinə onun öz mənfəətini güdməsi və etdiyi hərəkətlər sadəcə təəssüf hissi doğurur.

Maraqlıdır ki, Şirvanlı kəndində tikilən İstirahət Mərkəzi ilə bağlı məlumatlı olan ikinci mənbədən əldə etdiyimiz məlumata görə hazırda dəniz sahilində aparılan tikinti işləri qanunsuz aparılır. Belə ki, İstirahət Mərkəzi üçün müvafiq qurumlar hələ ki, torpaq sahəsi ayırmadığı kimi, Neftçala rayon İcra Hakimiyyəti də tikinti üçün icazə verməyib?!

Bundan başqa hazırda dəniz sahilində fəaliyyət göstərən “besetka”lar da qanunsuz və qeydiyyatsız fəaliyyət göstərir və Mirhəsən Seyidov burdan əldə etdiyi gəlirlərdən dövlətə vergi ödəmir.

Bütün iddilarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Yeni təyin olunan icra başçısı dəniz sahilində özünə İstirahət Mərkəzi tikdirir – FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.