XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » İdarə rəisi haqda Baş Prokurora şok məktub göndərildi - FOTO

İdarə rəisi haqda Baş Prokurora şok məktub göndərildi - FOTO

İdarə rəisi haqda Baş Prokurora şok məktub göndərildi - FOTO
17-07-2020, 15:34

Cəlilabad rayon sakini Ramil Şükürov Baş Prokuror Kamran Əliyevə müraciət edib.

Hit.Az-a göndərilən məktubda deyilir ki, Cəlilabad Yol Tikinti İdarəsinin rəisi Xudayar Rəhimov 12 ildir dövlət vəsaitini mənimsəyir.

Şikayətçi qeyd edib ki, yol idarəsi rəisinin 10 AD 044 nömrə nişanlı “Range Rover” markalı avtomobili, 10 TB 444 nömrəli “Mercedes CL”, 10 BT 444 nömrə nişanlı “Porche Caen”, 90 AA “160 Lexus” markalı maşın kolleksiyası var.

R.Şükürov Baş Prokurora yazıb ki, X.Rəhimovun Masallı İstisu istirahət mərkəzi ərazisində malikanəsi, asfalt zavodu, Bakıda bağ evləri, mənzilləri var.

“Xudayar Rəhimov Təhsil Nazirliyinin məsul şəxsləri ilə əlaqə yaradaraq, məktəb tikintisi həyata keçirirdi.

Həmin vəsait də korrupsiyanın qurbanı oldu. Misir Mərdanov nazir vəzifəsindən getdikdən sonra özünə “Azəryolservis”s yer tapdı.

O, 46 saylı Cəlilabad Regional İdarəsinə rəis təyin olundu. Lənkərandakı bina örtüyünün yenilənməsinə ayrılan pulları da mənimsəyib. Yaxın qohumlarını, işləyib-işləməyəni başına yığıb, maaşla təmin edir.

Masallıda Kolatan Sığda yolun çəkilişinə ayrılan pulları, Masallı-Həsənli-Xırmandalı yoluna ayrılan vəsaitləri, Masallı-Digah-Alvadı - Yeni Zuvand yoluna ayrılan maliyyəni, Cəlilabad-Göytəpə-Ağdaş-Soyuq Bulaq istiqamətinə ayrılan pulları mənimsəyib.

O cümlədən Astara Astara-Zəngilaş, Kazımabad-Muğam-Maşlı yolu üçün ayrılan pullar “Elnur 2” firması vasitəsi ilə mənimsənilib.

Oğlu Elnur Rəhimovu DYP-də, ikinci oğlu Elmar Rəhimovu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəldib”, - deyə baş prokurora müraciətdə məlumat verilib.
İdarə rəisi haqda Baş Prokurora şok məktub göndərildi - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.