SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəbhədə döyüş, ölkədə karantin, İsayevin oğlu isə…

Cəbhədə döyüş, ölkədə karantin, İsayevin oğlu isə…

Tarix:

17-07-2020, 13:33

/ 2 294 dəfə oxundu.
Cəbhədə döyüş, ölkədə karantin, İsayevin oğlu isə…

Bərdə Qarabağ zonası sayılır. Azərbaycanın gözü Qarabağda və Tovuzda gedən döyüşlərdədir. Amma ictimaiyyət səhər gözünü açıb xəbər lentlərindən müharibə haqda müjdə oxumaq istəyəndə, başqa bir şadyanalığa agah olur.

Anaxeber.info-ya istinadla məlumat veririk ki, söhbət Bərdənin icra başçısı Vidadi İsayevin oğlunun sərt karantin rejimində oğlunun toy təşkil etməsindən gedir.

V.İsayevi Bərdə camaatı yaxşı tanıyır: qapısından şəhid ailəsini qovub, məcburi köçkünə qabalıq edib, Şəhidlər parkını və 20 Yanvar güşəsini dağıdıb. Yəni, icra başçısının oğluna toy etməsi təəccüb doğurmayıb.

İntəhası, medalın o biri üzü də var – gələn xəbərlərdə iddialara görə, V.İsayev toy mərasiminin tərəfdarı olmayıb, oğlu Tural İsayev “iki ayağını bir başmağa” dirəyib və təkid edib.

Ona görə də atası məcbur qalaraq oğlunun toy şənliyinə razılıq verib. Təsəvvür edin ki, ölkə iki düşmənlə savaşdadır: bir yanda erməni ilə döyüş gedir, şəhid vermişik, o bir tərəfdə isə koronavirus infeksiyası sovuşmayıb, həkimlər mübarizə aparır, hələ daha iki həftə sərt karantin uzadılır.

Amma karantini pozan, müharibə şəraitinə məhəl qoymayan icra başçısının oğlu özünə toy təşkil edib. Fotolar da belə əsas yaradır. Halbuki, icra başçısı məlumatı təkzib edir. Onun sözlərinə görə, övladı bir il qabaq nişanlanıb, amma pandemiya ilə əlaqədar rəsmi nikah bağlanıb, ailə qurublar, toy keçirilməyib.

V.İsayev ailə mərasiminin belə keçirilmədiyini açıqlasa da, bəy və gəlin fotolarının arxasında məclis üçün qoyulan böyük stollar bərq vurur. Əgər mərasim olmayıbsa, o stollar nədən ötrü hazırlanıb? Sadəcə, növbəti tragikomediya…

Şəhidlər verdiyimiz, qızğın müharibənin getdiyi, gənclərin kütləvi orduya yazıldığı vaxtda vəzifəli şəxsin oğlu karantini də pozaraq toy-büsat təşkil edir. Hər halda məsələ prezidentin diqqətindədir...

Şərhlər

XƏBƏR LENTİ