SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “İçməli suyu maşınlar 30-50 manata gətirirlər, maraqlanan da yoxdur” – Neftçaladan ŞİKAYƏT

“İçməli suyu maşınlar 30-50 manata gətirirlər, maraqlanan da yoxdur” – Neftçaladan ŞİKAYƏT

Tarix:

22-06-2020, 12:39

/ 981 dəfə oxundu.
“İçməli suyu maşınlar 30-50 manata gətirirlər, maraqlanan da yoxdur” – Neftçaladan ŞİKAYƏT

“Neftçalada insanlara dəniz suyu verilir. Verilən su o qədər şordur ki, suyu ağzına belə yaxınlaşdıra bilmirsən. İnsanlara qarşı belə məsuliyyətsizlik olmaz. Yazıqdırlar. Ailə var ki, evində bir damcı da içməyə suyu yoxdur. İçməli suyu da maşınlar 30-50 manata gətirirlər. Əhalini içməli su ilə təmin etmək üçün rayona göndərilən texnikalar da naməlum səbəbdən ərazilərə göndərilmir”.

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Anar Əhmədov deyib.

A.Əhmədov qeyd edib ki, bir-iki nəfərdən başqa rayonun su problemi ilə heç kim maraqlanmır: “Vətəndaşa bu qədər əzab vermək olmaz. Neynəyib sizə bu insanlar? Müharibə etmisiz, gedib döyüşüb. Dövlət nə istəyib, ediblər. Yazıq deyillər? Allahınız olsun! İnsanı su ilə imtahana çəkməzlər. Bir şeyi də deyim. Bu rayonda koronavirus var deyə heç kim maska taxmır, sosial məsafə saxlamır, ən əsası da koronavirus adlı xəstəliyə inanmır. Yaxşı da edirlər!”

Şərhlər

XƏBƏR LENTİ