XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Astaranın başçısına qarşı köhnə ittihamlar yenidən gündəmə daşınır - İDDİA

Astaranın başçısına qarşı köhnə ittihamlar yenidən gündəmə daşınır - İDDİA

Astaranın başçısına qarşı köhnə ittihamlar yenidən gündəmə daşınır - İDDİA
18-06-2020, 12:31

Hakimiyyətdən növbəti kadr islahatı qərarı verilə bilər. Yaxın vaxtlarda Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vəzifəsindəın azad ediləcək.

Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir. Xatırladaq ki, bir müddət əvvəl yerli KİV-lərdə yayılan xəbərdə Qəzənfər Ağayevin digər bir rayona başçı göndəriləcəyi qeyd olunurdu. Amma indi vəziyyətin tamamən dəyişdiyi söylənilir.

Qaynaq açıqlamasında iddia edir ki, Qəzənfər Ağayev çox ciddi ittihamların hədəfidir: "Hələlik bu barədə kimsə danışmağa cürət etməz. Çünki adamın adı Eldar Mahmudovla qoşa çəkilsə də, sonradan vəziyyətdən çıxa bilmişdi. İndi isə daha ağır ittihamlar var və müzakirələr gedir".

Qeyd edək ki, buna qədər Qəzənfər Ağayev uzun müddət Masallı rayonuna rəhbərlik edib. Həmin zamanlar Masallıdan deputat olan Daşkəsənin hazırki icra başçısı Əhəd Abıyev Qəzənfər Ağayevin hətta narkobaronluqda belə ittiham edirdi.

Onu da xatırladaq ki, son günlər sərhədçilərimiz tərəfindən intensiv olaraq külli miqdarda narkotik məhsulları ələ keçirilməkdədir. Dia.az-a danışan mənbə iddia edir ki, "yuxarılar" Azərbaycandan keçən narkotranziti ehtiva edən istiqamətlərə real savaş açıb və bu yöndəki hərəkətlənmədə çoxlarının başı ağrıya bilər.

Bu prosesin İranla həmsərhəd olan Astaranın icra başçısına nə qədər aidiyyatı var, bilinmir... Amma görünəni odur ki, müəyyən dairələr narahatçılıq içindədir.

Qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.