SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Prezidentə qarşı çıxan “JEK” müdiri niyə cəzalandırılmır?-FOTO

Prezidentə qarşı çıxan “JEK” müdiri niyə cəzalandırılmır?-FOTO

Tarix:

18-06-2020, 11:28

/ 1 286 dəfə oxundu.
Prezidentə qarşı çıxan “JEK” müdiri niyə cəzalandırılmır?-FOTO

İcra başçısının himayə etdiyi “JEK” müdirinin “at işləməz” yolları…Mənimsənilən dövlət vəsaitləri… Şəkinin hüquq-mühafizə orqanları hara baxır???

Xəbər verdiyimiz kimi 1993-cü ildən YAP Şəki şəhər təşkilatının ilk üzvlərindən biri olan,uzun illərdir seçki komssiyasında çalışan,Şəki Şəhər Mənzil İstismar Sahəsinin sabiq əməkdaşı Qarayeva Təranə Allahyar qızı idarə rəisi Sədi Əhməd oğlu Balənmədovun qanunsuz əməllərindən şikayətçidir.

Bu adamın rayonda “at oynatması”, qanunsuz əməllərlə məşğul olması,vəzifə səlahiyyətlərindən sui istifadə etməsi,hətta həddini aşaraq ölkə başçısının ünvanına ironiyalı fikirlər səsləndirməsi Şəkinin rəhbər şəxslərinin heç rahatsız etməyib.

Araşdırmamız zamanı İcra başçısı Elxan Usubovun sayəsində özünü Şəkinin “bərkgedən oğlanı” hesab edən MİS-in rəisi Sədi Balənmədovun daha bir neçə qanunsuz əməlli ortaya çıxıb.

Kanal32.az-a məlumat verən mənbənin bildirdiyinə görə,”dayısı” Elxan Usubovdan başqa heç kimi “tanımayan” Sədi Balənmədov iyun ayının əvvələrindən başlayaraq iş yerində əsasən gecələr olur.Belə ki,Sədi müəllim(?) Baş mühasibi Nizami Xəlilovla birgə gecə saat 11-12-yə kimi idarədə “işləyirlər”. Səbəbi isə həm maraqlı,həm də şübhəlidir. Adının çəkilməsini istəməyən idarə əməkdaşının sözlərinə görə, bununla bağlı mətbuta edilən şikayətlərdən sonra Sədi Balənmədov təcili “kart əməliyyatları”nı yoluna qoymaq istəyir.Çünki adları işdə olub,özləri idarə yolu tanımayan, əmək haqqı kartları isə rəisdə olan bir neçə adam var.Şəki Şəhər Mənzil İstismar Sahəsinin balansında olan M.Ə.Rəsulzadə küçəsindəki 313 saylı yataqxanada nəzarətçi işləyən Seyidməmmədova Mina Zabit qızı əslində bazarda göy-göyərti satışı ilə məğul olur.Bu günlərdə çəkilmiş və təqdim etdiyimiz bu foto hazırda onun bazardakı fəaliyyətini bir daha təsdiq edir.
Hələ bu kart oyunları azmış kimi idarənin Baş mühasibi Nizami Xəlilov həm də icra hakimiyyətində çalışır.Həmçinin,MİS-in əməkdaşı Nəsrullayev Arif Şaban oğlu eyni vaxtda ikinci iş yerində-Şəki Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyində mühəndis işləyir.Bunlar Sədnin “fəaliyyəti”nin çox az hissəsidir.

Redaksiya olaraq yazıda adı keçən şəxslərin,şəxsən “qəhrəmanımız” Sədi Balənmədovun mövqeyini dərc etməyə hazırıq.
Prezidentə qarşı çıxan “JEK” müdiri niyə cəzalandırılmır?-FOTO

Şərhlər

XƏBƏR LENTİ