Mingəçevir İcra Hakimiyyətindən -AÇIQLAMA
Hörmətli Xalqxeber.Az informasiya agentliyi:
Sizin saytınızda dərc olunan “İcra Hakimiyyətinə qarşı şok ittiham - “Onlar antimilli qüvvələri dəstəkləyir” başlıqlı yazı ilə bağlı şəhər İcra Hakimiyyətinin mövqeyini bildirmək istəyirik.
Bildiririk ki, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir filialı ötən il şəhərdə təsis edilib. Onlar ofis yeri üçün şəhər İcra Hakimiyyətinə 19 may 2020-ci il tarixdə məktubla müraciət etmişlər. Bu barədə məsələnin araşdırılması və münasibət bildirilməsi üçün şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə məktub göndərilmişdir. Məktuba cavab verildikdən sonra İctimai Birliyinin şəhər filialının cavablandırılması nəzərdə tutulmuşdur.
Bundan əlavə qeyd etmək istəyirik ki, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir filialının sədri Oktay Cəfərovun ünvanladığı müraciətdəki məsələlər heç də orada yazılanlar kimi deyildir.
Məlumat üçün bildiririk ki, Mingəçevir şəhərində 53 qeyri-hökumət təşkilatının yerli şöbələri fəaliyyət göstərir. Həmin təşkilatların nümayəndələri şəhər İcra Hakimiyyətindən həmişə diqqət və qayğı görmüşlər. Eyni zamanda şəhid ailələri, Qarabağ Müharibəsi əlillərinin və veteranlarının şəhər İcra Hakimiyyətinə müraciətlərinə həmişə diqqətlə yanaşılır, onlar dinlənilir, problemləri öyrənilir və müvafiq köməkliklər göstərilir. “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Mingəçevir filialının sədri Oktay Cəfərov da şəhər İcra Hakimiyyətinə müraciət etdiyi zaman həmişə ona və İctimai Birliyin üzvlərinə hörmətlə yanaşılmış və müvafiq köməkliklər göstərilmişdir. Sonuncu müraciəti ilə bağlı Oktay Cəfərov şəhər İcra Hakimiyyətində olmuş, şöbədə qəbul edilmiş, ona hazırda ofis yeri ilə bağlı araşdırma aparıldığı və nəticəsi barədə məktubun cavablandırılacağı bildirilmişdir. O, isə səbirsizlik edərək məsələni ictimailəşdirməyə cəhd etmişdir.
Əlavə olaraq bildiririk ki, şəhərdə inzibati binalarda ofis üçün yerlər Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir Ərazi şöbəsinin nəzarətindədir.
Nəzərə almağınız xahiş olunur.
Hörmətlə,
Sahib Əliyev
Mingəçevir şəhər İcra Hakimiyyəti
başçısı aparatının İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin
müdirinin müavini

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...