Qusarın icra başçısı peyda oldu və pandemiya qadağalarını pozdu - FOTOFAKT
Dünən Qusardan daxil olan şikayətə əsasən məlumat vermişdik ki, rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov koronavirus pandemiyası yayılandan bəri yerli sakinlər üçün əlçatmaz bir ünvana çevrilib və hətta rayonda söhbətlər gəzir ki, başçı Bakıda əyləşərək oradan Qsuarı idarə edir.
Bu gün isə DİA.AZ-a Qusardan fotolar göndərən oxucularımız bəyan edirlər ki, artıq icra başçısı camaat arasına çıxmağa başlayıb. Amma göndərilən fotolarda maraqlı bir məqam var.
Bu dəfə də Şair Alxasov pandemiya qadağalarını pozub. Şəkillərdən də aydın görünür ki, Şair Alxasov nə sosial məsafəni qoruyur və nə də maskadan istifadə edir. Hər halda onun bu addımı hazırki təhlükəli məqamda heç də anlaşılan deyil.
Məlumatı verən oxucular bildirir ki, başçı Cibir kəndində olduğu zaman bu fotolar çəkilib.
Onu da xatırladaq ki, məhz pandemiya qadağalarını pozduğuna görə, bu günlərdə İsmayıllının icra başçısı töhmətlə cəzalandırılmışdı. Yəqin ki, Şair Alxasov da eyni münasibəti görmüş olacaq.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...