SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Generalla necə kirvədir? Beyləqanda şantajçı hacının növbəti “palavra”sı – İDDİA

Generalla necə kirvədir? Beyləqanda şantajçı hacının növbəti “palavra”sı – İDDİA

Tarix:

4-06-2020, 10:01

/ 1 185 dəfə oxundu.
Generalla necə kirvədir? Beyləqanda şantajçı hacının növbəti “palavra”sı – İDDİA

Beyləqanlı PETrolçu Hacı İlqar Məmmədovun özünə və vergidən yayındıraraq yığdığı ölçüyəgəlməz haram kapitalına “toxunulmazlıq statusu” qazandırmaq üçün hakimiyyətdə dayaqlarını möhkəmləndirmək məqsədilə oğlu Amil Məmmədovu Beyləqan Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsindən irəli çəkdirib başçısının sabiq müavini Məhəmməd Qələndərovun hələlik boş qalan kreslosunda oturtmaq istəyi barədə yazdığımız əvvəlki məqaləmiz ciddi rezonansa səbəb olub. Yazıda toxunulan bir məsələ xüsusilə diqqəti çəkib və Amil Məmmədovun dövlət qulluğunda karyera yüksəlişini əngəlləyən məqamı ortaya qoyub. Ötən məqalədə həmin məsələni ehtiva edən cümlələrin altını cızırıq: “…Oğul Məmmədovlardan üçüncüsü necə deyərlər, “zay çıxıb”. İddialara görə kiçik oğul narkotik maddə satarkən saxlanılıb, hətta barəsində məhkəmə hökmünün olduğu da bildirilir. O da bildirilir ki, hacının güclü əlaqələri və başqa təsir vasitələri hesabına narkoman oğul həbs olunmayıb, sərbəst buraxılıb. Məlumatda qeyd olunur ki, indiyədək Amil Məmmədovun vəzifədə irəli çəkilməsi yolunda duran əsas əngəl də məhz kiçik qardaşının yaramazlığı, daşıdığı soyada başucalığı gətirməyən zərərli vərdişləri olub. Görünür, hacı bu kriteriləri dəyərləndirmək vəzifəsi daşıyan şəxslərə elə bir cazibədar təkliflər edib ki, vaz keçə bilməyiblər, dövlət qulluqçusunun məhkumluğu olan qohumunun olduğuna, adını daşıyan sahibkarlıq subyektinin mövcudluğuna göz yummaq qərarına gəliblər”.

Etibarlı mənbədən aldığımız məlumata görə, Məmmədov qardaşlarının dosyelərindəki bu ziddiyyətli məqam Prezident Administrasiyasının bu rayon üzrə kuratorluğu mənsublarının da yüksək diqqətindən yayınmayıb və Administrasiyanın təzyiqi ilə artıq Beyləqan RİH-nin başçısı cənab A. Ağayev tədbir alaraq Amil Məmmədovun işdən çıxmaq barədə ərizəsinin alıb. Mənbə bildirir ki, Hacı İlqar indi daha oğlu Amil Məmmədovun hakimiyyətin iyerarxiya nərdivanında pillə-pillə irəliləmək perspektivini unudub, onu heç olmasa, “səssiz-küysüz” öz əvvəlki vəzifəsinə qaytarmaq və bir müddətə diqqət mərkəzindən uzqlaşdırmaq istəyir. Amil Məmmədovun əvvəlki vəzifəsi isə Beyləqan RİH-nin Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri olub. Hərçənd, çoxbilmiş iş adamı nəzərə almayb ki, icra nümayəndəsi vəzifəsi də dövlət qulluğu sayılır və onun bu vəzifəni daşıması da ciddi qüsur sayılır.

Əldə etdiyimiz daha ilginc məlumatlarda isə qeyd edilir ki, PETrolçu hacı cəmiyyətdə özünə və oğlanlarına “toxunulmazılıq statusu” qazandırmaq üçün guya XTMX rəhbəri general Bəylər Eyyubovla kirvə olduğu barədə söhbətləri də dövriyyəyə buraxıb. Lakin araşdırmışıq ki, bu yalandır. Şantajçı hacının hörmətli generalımız Bəylər Eyyubovla yaxından, uzaqdan heç bir ilişgisi yoxdur. Bu versiya isə həm yalan olduğuna görə, həm də hörmətli generalın nüfuzuna xələl gətirə biləcəyinə görə Məmmədovlara yaxşı heç nə vəd etmir.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ