SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəmkirin icra başçısı həbs oluna bilər

Şəmkirin icra başçısı həbs oluna bilər

Tarix:

11-05-2020, 14:37

/ 1 670 dəfə oxundu.
Şəmkirin icra başçısı həbs oluna bilər

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovu da digər rayonlardakı keçmiş həmkarlarının taleyi gözləyir. Etibarlı mənbələrdən aktualxeber.az-a daxil olan məlumata görə Alimpaşa Məmmədov da həbs olunan icra başçıları kimi bəzi şəxslərin adına maaş yazaraq mənimsəyir, rayondakı bütün təşkilatlardan müavini Qüdrət Əliyev vasitəsilə pullar toplayır. Məlumata görə, bu və digər məlumatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və yaxın zamanlarda icra başçısı barədə yekun qərar veriləcək.
Şəmkirdəki korrupsiya faktları Hesablama Palatasının ötən ilki hesabatında da qeyd edilmişdi. Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin təminatının alınmamasına görə müvafiq materiallar, eləcə də əmək haqlarının hesablanılması və ödənilməsi sahəsində baş vermiş ciddi maliyyə pozuntuları barədə aşkar edilmiş hüquq pozuntuları üzrə müvafiq materiallar qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdi.
Xatırladaq ki, 2019-cu ilin aprelin 2-də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində 1 ildən artıq müddətdə 70 fəhlənin əmək haqqını mənimsəyən Şəmkir rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev saxlanılmışdı. Onun ifşa edilməsindən Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, RKTB-nin fəaliyyətinə nəzarət etməli olan icra başçısının 1-ci müavini Qüdrət Əliyev təlaş keçirsələr də sonda bu hadisədən qurtula bilmişdilər.
Görünən odur ki, Şəmkirdə vətəndaşların problemlərinin həllinə cavabdeh olan bəzi dövlət qurumları təkmil idarəçiliyin zəmanətçiləri kimi fəaliyyət göstərə bilmirlər. İcra başçısının günahı ucbatından yığılıb qalan, həll olunmamış sosial problemlər və haqsızlıqlar əhalinin narazılığına səbəb olur və vətəndaş ümid yerini yalnız Prezidentə bağlayır. Şəmkirlilər də DTX əməliyyatçılarının yolunu səbirsizliklə gözləyirlər.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ