Xaçmazda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonunda vətəndaşların sağlamlığının qorunması və Covid19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparır, onlara ölkə ərazisində həyata keçirilən qabaqlayıcı tədbirlər barədə məlumatlar verirlər.
Polis əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən tibbi maskadan mütləq qaydada istifadə etmələri barədə məlumat verilir, sağlamlıqlarının qorunması üçün insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamalarının vacibliyi izah olunur. Bundan əlavə rayon ərazisində yerləşən bank və poçt filiallarının qarşılarında, eləcə də əhalinin sıx olduğu digər ərazilərində sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...