Xaçmazda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir

Xaçmazda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayonunda vətəndaşların sağlamlığının qorunması və Covid19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparır, onlara ölkə ərazisində həyata keçirilən qabaqlayıcı tədbirlər barədə məlumatlar verirlər.
Polis əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən tibbi maskadan mütləq qaydada istifadə etmələri barədə məlumat verilir, sağlamlıqlarının qorunması üçün insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamalarının vacibliyi izah olunur. Bundan əlavə rayon ərazisində yerləşən bank və poçt filiallarının qarşılarında, eləcə də əhalinin sıx olduğu digər ərazilərində sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.
Xaçmazda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir

Geri qayıt