XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri, Möhtərəm cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri, Möhtərəm cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri, Möhtərəm cənab İlham Əliyevə
21-04-2020, 11:12

Möhtərəm cənab Prezident,
Azərbaycan tarixən çətin sınaqlarla üzləşmiş, həmin sınaqlardan güclü lider, böyük şəxsiyyətlərin hesabına qalib ayrılmışdır. 1993-cü ildə Azərbaycan parçalanmaq, dövlət kimi yox olmaq təhlükəsi ilə üzləşəndə bu çətin missiyanı Ulu Öndər Heydər Əliyev öz üzərinə götürdü, qısa müddətdə ölkədə mərkəzi hakimiyyəti möhkəmləndirdi, siyasi sabitliyi bərpa etdi, düşmənin hücumlarının qarşısını aldı. 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə Ulu Öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində Azərbaycanın hər tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi düşməndən azad edildi. İşğaldan azad olunmuş kənd və qəsəbələrdə infrastruktur obyektləri bərpa olundu, məcburi köçkünlər öz doğma evlərinə qayıtdılar.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Siz, Ulu Öndər Heydər Əliyevin liderlik və varislik missiyasını ləyaqətlə davam etdirməyə başladınız. Sizin, Sərəncamlarınızla 2003-cü ildə Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 11 Qayıdış, 2007-ci ildə 5 Zobucuq, 2016-cı ildə 400 evlik qəsəbələr salındı, işğaldan azad olunmuş yaşayış məntəqələrində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparıldı, təhsil, səhiyyə, idman, mədəniyyət digər sosial yönümlü obyektlər tikildi, yollar, qaz, elektrik, içməli su xətləri çəkildi, digər mühüm infrastruktur layihələri yerinə yetirildi.
Cənab Prezident,
2016-cı ilin aprel ayında Sizin rəhbərliyinz altında Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə, strateji əhəmiyyətə malik olan Lələ-təpə yüksəkliyinin və min hektarlarla ərazinin işğaldan azad olunması, Horadiz şəhərinin və ətraf kəndlərin təhlükəsizliyinin təmin olunması, Cocuq Mərcanlı kəndinin qısa müddətdə bərpa olunması onu göstərdi ki, Siz, Ulu öndər Heydər Əliyevin tarixi varislik missiyasını layiqincə yerinə yetirirsiniz.
Hazırda Koronovirus pandemiyası bütün dünyanı və insanlığı təhdid etməkdədir. Koronovirus pandemiyası Azərbaycandan da yan keçməyib, xalqımızın sağlamlığı təhlükə altındadır. Koronovirus epidemiyasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə Azərbaycanda ardıcıl və sistemli tədbirlər həyata keçirilir, dövlətin bütün resursları infeksiyanın təsirinin azaldılması üçün səfərbər edilib. Füzuli rayon sakinləri olaraq Sizin rəhbərliyinizlə kovid-19 virusunun qarşısının alınması istiqamətində görülən işləri alqışlayırıq. Cəbhə bölgəsində yaşayan Füzulili məcburi köçkünlər olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın gecəli-gündüzlü yorulmaz fəaliyyətiniz, müdrik və düşünülmüş qərarlarınız nəticəsində biz koronovirus epidemiyasına da qalib gələcəyik.
Sizin bu ağır və çətin günlərdə necə vicdanla işlədiyinizi, xalqın qayğısı ilə yaşadığınızı, hər zaman olduğu kimi insanların yanında olduğunuzu bilirik və Azərbaycan vətəndaşı olaraq bundan qürur duyuruq.
Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı böyük məbləğdə vəsait ayırmağınız, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, yeni tibb ocağının və qoruyucu vasitələr üçün istehsal müəssisəsinin istifadəyə verilməsi və atdığınız bir çox digər addımlar xalqımızı sevdiyinizin, ona xidmət etdiyinizin bariz göstəricisidir.
Sizin tapşırığınızla yerlərdə yaşı 65-dən yuxarı olan vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımlarının verilməsi, iki yüz min nəfərdən artıq işsiz və aztəminatlı ailələrə karantin dövründə 190 manat pul vəsaitinin ödənilməsi, xüsusi karantin dövrtündə fəaliyyətini dayandırmış sahibkarlıq subyektlərinə maddi dəstək verilməsi, on minlərlə yeni iş yerlərinin yaradılması sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Əziz və möhtərəm Prezidentimiz,

Şəfqət, mərhəmət, humanizm, köməyə ehtiyacı olanın yanında olmaq kimi yüksək insanı keyfiyyətlər həmişə Sizin ən mühüm həyati dəyərləriniz olmuşdur və bu gün də belədir. Sizin və Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətinizin ali məqsədi - ana xətti Azərbaycanımızın daha gözəl, daha qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.
Biz füzulililər çox şadıq ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi çox sevirik, Sizə inanırıq və Sizi dəstəkləyirik. Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.
Allah sizi və ailənizi qorusun.

Dərin hörmətlə, Füzuli rayon sakinləri adından
1.Əliyev Zülfiqar Pənah oğlu- Ağsaqqallar Şurasının sədri,
2.İsmayılov Sevindik Baba oğlu- Qarabağ müharibəsi veteranı, Azərbaycan bayrağı ordenli
3.Abbasov Əlizadə Soltan oğlu- Qarabağ müharibəsi veteranı,I qrup Əlil
4. Babayeva Xurşud Yusif qızı- Milli Qəhrəman Seymur Məmmədovun anası,
5.Nəcəfov Üzeyir Hacı oğlu- Aprel döyüşlərinin iştirakçısı-II qrup əlil
6.Bağırova Ağgül Büsat qızı- Böyük Bəhmənli kəndi-Əmək ordenli
7. Hüseynova Ülkər Həmzə qızı- Əməkdar müəllim
8.Rəşidli Aydın Mirzəli oğlu- YAP Füzuli rayon Gənclər Təşkilatının sədri
9.Məmmədov Əhəd Süleyman oğlu- əməkdar həkim
10. Şirinov Bayandur Azad oğlu- ağsaqqal
11.Rüstəmova Solmaz Ələkbər qızı- YAP Füzuli rayon təşkilatı Qadınlar Şurasının sədri
12. Digər rayon sakinləri
Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri, Möhtərəm cənab İlham Əliyevə

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.