Cavanşir Feyziyev nədən ortalıqda görünmür? - Şəkililər deputatlarına görə utanırlar...
"Bütün ölkənin koronavirus pandemiyasına qarşı səfərbər olduğu bir ərəfədə, hətta idmançıların, müğənnilərin belə Prezidentin çağırışına qoşularaq milli birlik sərgilədiyi bir məqamda nədənsə ölkəmizin bəzi iş adamları ortalıqda görünmür. Onlardan biri də "AvroMed" şirkətinin rəhbəri Cavanşir Feyziyevdir". Bu sözlər DİA.AZ-a Şəkidən göndərilən müraciətdə yer alıb.
Çəki sakinləri adından yazılan müraciətdə qeyd olunur ki, onların adından parlamentdə oturan Cavanşir Feyziyevin hal-hazırda susması, millətə yardımda bulunmaması, bu çətin günlərdə şəkililərin yanında olmaması ürəklərini ağrıdır:
"Cavanşir Feyziyevi bu vaxta qədər səxavətli adam kimi tanıyırdıq. Hər halda, belə deyirdilər, pul verdiyi mətbuat orqanları belə tanıdırdılar. Amma indi səsi çıxmır. Səsinin çıxmaması bir yana, əlində o boyda dərman şirkəti ola-ola bircə dənə olsun tibbi maskanı belə hansısa şəkiliyə pulsuz verməyib. Onun bu davranışı təkcə özünü utandırmır. Biz ondan çox utanırıq. Nə olsa da, Şəkinin adından Milli Məclisdə oturub. Adımızı rəsmən batırır".
Müraciətlə bağlı hprmətli deputatın fikirlərini də yaymağa hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...