XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Rəcəb Babaşov imkanlı şəxslərə yardım paylayır – Kasıbların gözü yolda qalıb…

Rəcəb Babaşov imkanlı şəxslərə yardım paylayır – Kasıbların gözü yolda qalıb…

Rəcəb Babaşov imkanlı şəxslərə yardım paylayır – Kasıbların gözü yolda qalıb…
13-04-2020, 10:39

Qazax Rayon İcra Hakimyyəti yardım payladı. Yardımı ancaq maddi vəziyyəti yaxşı olanlara verdilər.

Bunu Anews.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunda Qazax rayon Yuxarı Salahlı kənd sakini Vəzir Eminov bildirib.

Eminov bildirir ki, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən yardım ancaq imkanlı adamlara paylanılır. "Koronavurisla bağlı sərt qanunlar tətbiq ediblər. Evdən çıxmaq mümkün deyil. Maksimum 2 saat çıxmağa imkan yaradıblar. 2 saat ərzində heç yerdə işləmək mümkün deyil. Bizdə ölkə rəhbərinin, dövlətin tələb etdiyi qaydalara riayət edirik. Lakin bir sual yaranır mən ailəmi maddi ehtiyacını necə qarşılayım? İşsizlikdən əziyyət çəkirəm. Bununla bağlı Qazax Rayon İcra Hakimiyyətində qəbulda olmuşam. Heç bir köməklik etmədilər. İşlə təmin olunmağıma yardım etmədilər. Hətta koronavirusla bağlı rayon icra hakimiyyəti kəndlərdə yardım payladı. Amma həmin yardımı imkanlı şəxslərə, övladı polisdə işləyənə, fermer təsərrüfatı olanlara verdilər. Bizim evimizdə yeməyə çörəyimiz yoxdur. Yardım etdikləri ərzaqlardan belə vermədilər”, – deyə Eminov bildirir.

Onun sözlərinə görə, qaydalarda göstərilən şərtlərə uyğun olsa da, 190 manat yardımı da ala bilmir. ” Cənab prezident xalqımızı düşünərək koronavirus pandemiyası əlaqədar əhalinin aztəminatlı ailələrinə yardım etməyi göstəriş versə də yerlərdə buna əməl edən yoxdu. Kənd sakinləri üçün tətbiq olunan qaydalara uyğun olaraq mən 190 manat yardımı almalıyam, lakin bundan da məhrum olmuşam. Niyə ala bilmədiyimi də kənd icra nümayəndəliyindən və rayon icra hakimiyyətindən maraqlanmışam. Ancaq "sənə 190 manat yardım düşmür” ifadəsini eşitmişəm. Hələ də niyə düşmədiyini ayırd edə bilmirəm” – deyə kənd sakini əlavə edir.

Məsələ ilə bağlı Qazax Rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Qazax Rayon İcra Hakimiyətindən zəngimizə Babək Alıyev adlı birisi cavab verdi. İcra hakimiyyətinin rəsmisi bildirdi ki, vətəndaşın mövcud şikayətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olduğundan biz köməklik edə bilmərik. Koronavirus pandemiyasına görə, Qazax Rayon İcra Hakimiyyəti prezidentin çağırışına qoşulmur? Yəni prezident bir illik maaşını koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürür icra başçısı bir ailəyə yardım etmək gücündə deyil? kimi suallarımızı isə cənab Alıyev cavabsız qoydu.

Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.