SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağcabədidə ehtiyacı olan yüzlərlə ailəyə ərzaq yardımı paylanıb – Əhalinin əhvalı yüksəkdir

Ağcabədidə ehtiyacı olan yüzlərlə ailəyə ərzaq yardımı paylanıb – Əhalinin əhvalı yüksəkdir

Tarix:

12-04-2020, 13:30

/ 1 388 dəfə oxundu.
Ağcabədidə ehtiyacı olan yüzlərlə ailəyə ərzaq yardımı paylanıb – Əhalinin əhvalı yüksəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək olaraq Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda ehtiyacı olan yüzlərlə ailəyə ərzaq yardımı paylanıb.
Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə üzvləri, ayrı-ayrı sahibkarlar, o cümlədən rayonun hüquq inzibati orqanları, digər vəzifəli şəxslər və xeyirxah vətəndaşların qoşulduğu “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” adlı kampaniya çərçivəsində rayonun şəhər, qəsəbə və kəndlərində ehtiyac sahibi 700-dən çox ailənin evinə yardım payları çatdırılıb. Rayon İcra Hakimiyyəti tərəfindən 1000 ailəyə, hər birinə 10 kiloqramlıq un payları göndərilmişdir.
Mart ayının son günlərindən etibarən Ağcabədidə başlanılmış digər bir xeyirxah təşəbbüslə 130-dan çox ərzaq mağazasında “Karantin dövründə PULSUZ ÇÖRƏK” aksiyası da davam etdirilir. Həmin mağazalardan alış-veriş edən xeyirxah şəxslər müəyyən məbləğdə ianə etməklə imkansız, ehtiyacı olan sakinlərin pulsuz çörək əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz çörəklə təmin etməkdir.
Həmçinin, rayonda 200-dən çox tənha adam yaşayır. Xüsusi karantin rejiminin tələblərinə əsasən evdən çıxmayan həmin şəxslərə sosial işçilər tərəfindən xidmət göstərilir və bununla yanaşı, həmin tənha şəxslərə gün ərzində pulsuz çörək çatdırılır.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin tələb və tövsiyələrinə də rayonda ciddi əməl olunur. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatı, inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr və könüllü fəallardan ibarət 82 mobil qrup yaradılıb. Həmin qruplar tərəfindən bu günədək 20 mindən çox ailə ziyarət olunub. Mobil qruplar vasitəsilə imkansız ailələr öyrənilərək onlara yardım edilir. Həmçinin, vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanır. Vətəndaşlara özlərinin və ailə üzvlərinin sağlamlığı naminə onlarla aparılmış təbliğat işlərinə tam məsuliyyətlə əməl etmələri tövsiyə olunur.
Buna baxmayaraq, rayonda xüsusi karantin rejiminin tələblərini pozan şəxslər də olur ki, onlar barəsində tədbirlər də davam etdirilir. Xəbərdarlıq olunmaqla yanaşı, onlardan bəziləri cərimə edilir, həmçinin inzibati məsuliyyətə cəlb olunurlar.
Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri də həyata keçirilir. Əldə olunmuş dizenfeksiyaedici məhlullarla rayonun şəhər, qəsəbə və bütün kənd ərazilərində yollar, çoxmənzilli binalar, qeyri-yaşayış obyektləri, həyətlər, fərdi yaşayış evləri mütəmadi şəkildə dezinfeksiya olunur. Bu işlərin həyata keçirilməsi üçün rayona 100-dən çox çiləyici əl aparatları gətirilmiş, kəndlərdə yolların dizenfeksiyası üçün kənd təsərrüfatı texnikaları çiləyici kimi bu işlərə cəlb olunmuşdur.
Onu da qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə xüsusi karantin rejimi elan olunsa da, rayonda əhalinin əhval-ruhiyyəsi yüksəkdir və mövsümlə əlaqədar insanlar kənd təsərrüfatı işləri ilə də məşğul olur. Rayonda taxıl sahələrinə gübrə verilmiş, pambıq əkininə hazırlıq işləri yekunlaşaraq, artıq çiyid səpininə başlanılıb. Belə ki, ilk səpin rayonun Pərioğlular kəndində həyata keçirilib. Hava şəraiti ilə əlaqədar səpində fasilə yaransa da, yaxın günlərdə kütləvi səpin işlərinə başlanılması planlaşdırılır.
Ağcabədidə ehtiyacı olan yüzlərlə ailəyə ərzaq yardımı paylanıb – Əhalinin əhvalı yüksəkdir









Şərhlər

XƏBƏR LENTİ