Göyçayda gizli fəaliyyət göstərən kafe aşkar olunub
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, karantin rejimi qaydalarının təmin olunması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman Birinci Ərəbcəbirli kəndində gizli şəkildə fəaliyyət göstərən kafe aşkar edilib.
Həmin kafenin sahibi Sabit Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs olunub.
Qeyd edək ki, rayonun Birinci Ərəbcəbirli kənd sakini Sabit Məmmədov bir neçə gün öncə də karantin rejimi qaydalarını pozaraq gizli şəkildə kafe işlətdiyi üçün Polis Şöbəsinin əməkdaşları tərəfindən ona xəbərdarlıq edilmiş və barəsində protokol tərtib edilmişdi.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...