SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Tərtər rayonunun məmurları dövlətimin bizə verdiyi evi satıblar, biz dərdimizi kimə deyək?"- Köçkün naləsi..FOTO

"Tərtər rayonunun məmurları dövlətimin bizə verdiyi evi satıblar, biz dərdimizi kimə deyək?"- Köçkün naləsi..FOTO

Tarix:

27-03-2020, 12:55

/ 1 636 dəfə oxundu.
"Tərtər rayonunun məmurları dövlətimin bizə verdiyi evi satıblar, biz dərdimizi kimə deyək?"- Köçkün naləsi..FOTO

Poçtumuza daxil olmuş şikayət məktubunu təqdim edirik:
Yazıb Sizə məlum edirəm ki,1990-1994-cü illərdə gedən müharibə zamanı mənim yaşadığım Ağdam rayonunun Umudlu kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir.25 ildən çoxdur ki, Mən Zeynalova Maya Firudun qızı, övladım Zeynalov Vüsal Yahya oğlu,gəlinim Zeynalova Mətanət Arif qızı,nəvəm Zeynalova Dəniz Vüsal qızı və sonradan vəfat etmiş həyat yoldaşım Zeynalov Yahya Abduləli oğlu ilə birlikdə Tərtər rayonu Mamırlı kəndi yol kənarında bərbad daxalda yaşayıram.

2017-ci ildə ölkə prezidentinin göstərişi ilə məcburi köçkünlərin yaşayışı üçün Tərtər rayonunun Şıxarx qəsəbəsində 34 yaşayış binası inşa edilmişdir.Həmin binalar inşa edilən zamanTərtər rayonunda yerləşən məcburi köçkünlər,həmçinin bizim ailə də Dövlətqaçqınkom tərəfindən qeydiyyata alındı.

2018-ci ilin mart ayında məcburi köçkünlərin yeni binalara köçürülməsi başlandı.Köçürülmə aparılan zaman mənimlə Tərtər rayonu Mamırlı kənd yol kənarında yaşayan bütün köçkünlər yeni evlərə yerləşdirildi.Lakin mənim maddi imkanım zəif olduğu üçün məni evlə təmin etmədilər.1170 ailənin yaşayışı üçün inşa edlmiş binada başqa rayonlardan yəni Tərtər,Goranboy,Ağcabədi və digər rayonlardan köçkün ailələr yerləşdirildi.Hamısı maddi maraq dairəsində evləri istədikləri formada və istədikləri şəxislərə payladılar.

Tərtər rayonu mamırlı kəndi yol kənarında yaşadığım daxal uçaraq tam bərbad vəziyyətə düşüb.4 nəfər ailə üzvümlə birlikdə çöldə qalmışam.Özüm iflic xəstəliyindən əziyyət çəkirəm.Yataq xəstəsiyəm.Artıq ayaqlarım tutulub.

Sizə - Azərbaycan Respublikasının rəhbərliyinə sual veririəm.Mən şikayətimi hansı ölkəyə bildirməliyəm.Düşmənimiz olan Ermənistan respublikasının baş naziri Paşinyandanmı kömək isdəməliyəm?Niyə bu ölkədə məmur özbaşnalığına son qoyulmur?Mənim və 4 nəfər ailə üzvümün qeydiyyata alınmış yeni inşa edilmiş evlərdə mən yox, yerli sakinlər kirayədə yaşayırlar və bir çoxu isə hal-hazlrda həmin evdə yaşamırlar.50-dən çox mənzildə yaşayış yoxdur.Boş olaraq qalır.Mən isə bu qoca yaşımda çöllərdə qalmışam.Bu dəqiq bir faktdır.Hətta Sizdən xahiş edirəm ki, bu faktı şəxsən Siz özünüz araşdırasınız.

Bir ölkədə ki,Prezidentin sərəncamı ilə tikilən binalardakı mənzillər pul ilə satılır, o ölkədə heç bir ədalət ola bilməz.Mən bütün Adiyatı orqanlara məlumat vermişəm,lakin bir nəticəsi yoxdur.

Siz ökə rəhbərlərindən xahiş edirəm,araşdırın görün mənim ailə üzüvlərimə qeydiyyata alınan mənzilim kimə və nə üçün satılıb.

Odur ki, yazıb Sizdən xahiş edirəm mənim və 4 nəfərdən ibarət ailə üzvümün adına qeydiyyata alınan mənzili araşdırıb,məni öz mənzilimə qaytarasınız. Əks halda,yazılı surətdə kimsəsiz qalan yaşlı və qoca bir ana kimi xarici ölkərədən kömək isdəyəcəm.On görə ki, artıq bizim yaşayışımız çox çətinləşmişdir və buna görə də,hal-hazırda özümün xəstəlik vəziyyətimi və necə evdə yaşayıram onun vəziyyətini çəkdirib Sizə göndərdim.

Onuda Sizin nəzərinizə çatdırmaq isdərdim ki,Cənab Prezidentin sərəncamı ilə Tərtər və Ağdam rayon üzrə tikilən binalardakı mənzilləri pul ilə satan məmurlar bunlardır: Fərhad Nəzərov (050 455 06 86 ) və Abbas Cavadov(050 449 95 59 ) və Natiq Hüseynov (050 330 99 99).

Biz bu şəxslərdən Sizə şikayət edirik.Bu iki şəxs yəni Fərhad Nəsirov və Natiq Hüseynov mənim qoca yaşımdan istifadə edərək və məni kimsəsiz bilərək dövlətimiz tərəfindən mənə verilən evi satmışdırlar. Mən əminəm ki,Fərhad Nəsirov və Natiq Hüseynov məmurlarının etdikləri bu çirkin işdən dövlətimiz xəbərsizdir.

Tel: 051 664-27-21 (Zeynalov Vüsal)

055 527 -27-21 (Zeynalov Vüsal)
Bütün maraqlı tərəflərin mövqeyini dinləməyə hazırıq!
Teref.az
"Tərtər rayonunun məmurları dövlətimin bizə verdiyi evi satıblar, biz dərdimizi kimə deyək?"- Köçkün naləsi..FOTO



Şərhlər

XƏBƏR LENTİ